Ali məktəblərə qəbul imtahanlarının vaxtı dəyişdi
Tarix: 21-02-2019 | Saat: 11:23
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər
Dövlət İmtahan Mərkəzi tərəfindən 2019-cu ildə keçirilməsi nəzərdə tutulan bəzi imtahan günlərində dəyişiklik edilib.
Mərkəzdən verilən məlumata görə, ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 12-də, II və III ixtisas qrupları üzrə mayın 19-da keçiriləcək. I və IV ixtisas qrupları üzrə ikinci imtahan (yay imtahanı) isə iyunun 23-də keçiriləcəkdir.
Əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının ikinci mərhələsi 30 iyunda keçiriləcəkdir.
Dövlət qulluğuna qəbul olmaq üçün iyunun 23-də keçirilməsi nəzərdə tutulan imtahan iyunun 30-da keçiriləcək.
Digər imtahanların tarixləri və tədbirlərin qrafiki olduğu kimi qalır və buradan ətraflı tanış ola bilərsiniz.
Qrafik Mərkəzin saytının “Təqvim” bölməsinə də əlavə edilib. Axtarış sistemində sizə lazım olan fəaliyyət istiqaməti və tədbiri seçməklə, ayrıca həmin istiqamətə aid tədbirlərin tarixlərini əldə edə bilərsiniz. Siz, həmçinin axtarış sistemində “status” bölməsində “keçirilir”, “keçiriləcək”, “keçirilib” bəndlərindən birini qeyd etməklə, yalnız həmin bəndə uyğun məlumatları almaq imkanına maliksiniz. Bundan əlavə saytda hər bir fəaliyyət istiqaməti üzrə də ayrıca “Təqvim” bölməsi var və o bölmədə yalnız həmin istiqamətə aid “xəbərlər”, “e-xidmətlər”, “tez-tez verilən suallar”, eləcə də imtahan tarixləri yerləşdirilib.
Xəbəri paylaş
6158 dəfə oxunub.
Digər xəbərlər

27-04-2016, 18:58
Ermənistanın yeni Seçki Məcəlləsi qadınlar üçün kvota nəzərdə tutur
21-12-2016, 17:37
Putin qətlə yetirilmiş səfirə "Rusiya qəhrəmanı" adı verdi
10-11-2023, 16:57
“Müğənni ilə şəkil çəkdirmək üçün qonorar verməlisiniz” - FOTO
5-07-2016, 10:55
İran prezidenti Azərbaycana gəlir
25-06-2015, 18:12
Ata qızını zorladı və yandırdı (FOTO, VİDEO 18+)
21-08-2015, 13:06
Arif Yunus MTN-in təcridxanasına qaytarıldı
27-04-2016, 17:51
Yanukoviçə Rusiya vətəndaşlığı verilib
3-11-2019, 13:23
Əhalinin banklardakı əmanətləri artıb
9-01-2019, 11:03
Gürcüstanda donuz qripindən ölənlərin sayı artır