Fevralın 18-i gündüzdən 19-u səhərədək müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, sinoptiklərin əvvəlcədən xəbər verdiyi kimi, fevralın 18-i axşamdan ölkə ərazisində hava şəraiti dəyişib, əsasən şimal və şərq rayonlarında yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb.
Bakıda və Abşeron yarımadasında fevralın 18-i axşam saatlarından başlayan yağış fevralın 19-da sulu qara keçib, düşən yağıntının miqdarı 5 mm təşkil edib, bu da aylıq normanın 24 faizidir. Lənkəran-Astara zonasında yağıntının miqdarı 6 mm-dək, Mərkəzi-Aran rayonlarında 4 mm-dək, Böyük Qafqazda 11 mm-dək olub.
Qar örtüyünün hündürlüyü Ağdərədə 19, Altıağacda 14, Sarıbaşda 12, Qubada 11, Şahdağda 10, Qusar, Xınalıqda 7, Qırızda 6, Mərəzədə 3, İsmayıllıda 1 sm təşkil edib.
Fevralın 18-də şimal-qərb küləyinin sürəti bəzi rayonlarda arabir 22-30 m/s olub, Bakıda və Abşeron yarımadasında arabir 15-20 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4 metrə çatıb.
Havanın temperaturu 6-10 dərəcə aşağı enib, minimal temperatur Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək isti, Aran rayonlarında 2-5 dərəcə isti, dağlıq rayonlarda 0-5, yüksək dağlıq ərazilərdə 7-12, Naxçıvan MR-da 0-3 dərəcə şaxta təşkil edib.
Qarın hündürlüyü Ağdərədə 19, Altıağacda 14, Sarıbaşda 12, Qubada 11 sm olub - FAKTİKİ HAVA
Tarix: 19-02-2019 | Saat: 11:59
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
3998 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 19-02-2019 | Saat: 11:59
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
22-11-2015, 20:39
Bakıda ''Hafka''nın oğullarının toy karvanı - VİDEO
17-06-2015, 13:30
Süleyman Dəmirəl vəfat etdi
2-02-2018, 14:37
Prezident TV və radiolarla bağlı qanunu dəyişdi
23-07-2016, 12:15
Qubada DƏHŞƏT: Faciəli şəkildə can verdi
5-12-2017, 13:38
Bakıda ucuz dövlət maşınları satışa çıxır: "Volkswagen Polo" - 1340, "Nissan Maxima" - 4700 AZN (QİYMƏTLƏR)
23-03-2016, 20:30
Sevginizi gözündən tanıyın! - FOTO
18-01-2016, 14:25
Sərəncam 566 min nəfər məcburi köçkünə şamil olunacaq
29-06-2015, 00:24
İrəvan polisi: "Bu dəfə daha sərt hərəkət edəcəyik"
28-03-2022, 08:33
Bayramdan qalan salat bir ailəni xəstəxanalıq etdi