Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda 17 nəfərdə donuz qripi virusu aşkarlanıb (RƏSMİ)
Tarix: 19-02-2019 | Saat: 11:53
Bölmə:Karusel / Gündəm | çapa göndər


Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ofisinin rəhbəri Hande Harmancı bildirib.
"Qış mövsümü hələ davam etdiyi üçün qripə yoluxmaların olması gözləniləndir. Dünyanın hər yerində olduğu kimi Azərbaycanda da qrip virusu ilə bağlı vəziyyət yaxından izlənilir. Simptomları olan insanların bir qismindən alınan qan nümunələrində qrip virusunun olub-olmamasına baxılır və bu barədə hər həftə "Flunet"ə (qriplə bağlı vəziyyəti müşahidə edən qlobal sistem) məlumat ötürülür. Bu məlumatlar www.who.int/flunet ünvanından əldə edilə bilər. Azərbaycanda bu ilin 4 və 5-ci həftələrində 17 nəfərdə A tipli qrip xəstəliyi aşkar edilib. Bu, gözləniləndən artıq deyil”,- Hande Harmancı qeyd edib.

ÜST Azərbaycanda qızılcaya yoluxma hallarının gözləniləndən daha artıq müşahidə edildiyini bəyan edib. Hazırda qızılcaya yoluxma vəziyyəti necədir, artım müşahidə edilirmi? ÜST rəsmisinin suala cavabı belə olub: "Qızılca xəstəliyi hazırda bütün dünyada və Avropada müşahidə edilir. Azərbaycanda 2013-cü ildən 2018-ci ilin noyabrınadək olan müddətdə heç bir şəxsdə qızılca aşkarlanmayıb. Ancaq 2018-ci ilin noyabr ayından etibarən insanlarda, xüsusilə yaşı 20-40 arası olan şəxslərdə qızılca xəstəliyi müşahidə edilir. Azərbaycanda bütün peyvəndlərin, o cümlədən qızılcaya qarşı peyvəndin edilmə faizləri çox yüksəkdir və ÜST tərəfindən tövsiyə edilən həddədir. Səhiyyə işçiləri vaksinasiyadan imtina edənlərin peyvəndə cəlb edilməsi ilə məşğul olurlar".
Azərbaycanda koksaki virusunun yayılması barədə iddialara münasibət bildirən Hande Harmancı bu xəbərləri təkizb edib: "Bu barədə bizə hər hansı məlumat verilməyib".


Xəbəri paylaş

4138 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___