Zəlzələnin təsirindən Azərbaycanda bu vulkanlar aktivləşə bilər - SİYAHI
Tarix: 08-02-2019 | Saat: 12:51
Bölmə:Karusel / Gündəm | çapa göndər
Fevralın 5-də Şamaxı-İsmayıllı bölgəsində baş verən zəlzələ Şamaxıda 3, Qobustanda 1 palçıq vulkanının aktivləşməsinə səbəb ola bilər.
Bunu trend-ə AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.
Güclü zəlzələlərin vulkanların aktivləşməsinə təsir göstərdiyini söyləyən alim baş vermiş zəlzələ ilə əlaqədar Şamaxıda “Dəmirçi”, “Qızmeydan”, “Quşçu”, Qobustanda “Şıxzərli” vulkanlarında aktivləşmənin olacağını ehtimal edir:
“Əgər vulkan enerjisini toplayaraq püskürməyə hazır vəziyyətə gəlib çatıbsa və zəlzələ episentrindən 80-100 km radiusda olarsa, zəlzələ vaxtı yaranan gərginlik vulkanın püskürməsinə səbəb olur. Bu vulkanlar zəlzələ ocaqlarına yaxındırlar. Buna görə də bu vulkanların püskürəcəyini ehtimal edirəm. Ola bilər ki, aktivləşmə püskürmə şəklində olmasın, amma ümumilikdə vulkanın fəaliyyətində aktivləşmə yaransın və axınlar əmələ gəlsin”.
Xatırladaq ki, fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində də zəlzələ qeydə alınıb.
Xəbəri paylaş
4038 dəfə oxunub.
Digər xəbərlər

20-06-2016, 12:42
Tehranda böyük teraktın qarşısı alındı
20-11-2022, 13:14
Bakıda “Qara cümə” fırıldağı: Sizi də belə aldadırlar?
4-04-2017, 12:41
Teraktda ölən Dilbər Əliyeva Azərbaycan vətəndaşı deyil
8-01-2018, 14:52
Bakıda Xalq artistlərinin məhkəmə iclası başa çatdı
24-07-2015, 12:22
21 yaşlı məcburi köçkün özünü asdı – BAKIDA
26-04-2023, 11:08
Sərhəddə bayrağımızın ucaldılmasını Prezidentə kim məruzə etdi? - VİDEO
4-02-2016, 11:55
TIR yol polisini belə əzdi - VİDEO (18+)
17-07-2018, 14:44
"Anam yarışa getməyim üçün nişan üzüyünü satdı" - Rafael Ağayev
16-02-2018, 11:48
“WhatsApp” ismarıclarını həmişəlik yaddaşda saxlamağın yolu tapıldı
2-05-2020, 13:05
Məşhur müğənni ehtiyatsızlıqdan evini yandırdı