Hind mahnısında Nəsimi qəzəli: Ayıb, biabırçılıq...
Tarix: 23-01-2019 | Saat: 17:23
Bölmə:Karusel / Gündəm | çapa göndər
Müğənni Afət Fərmanqızının İmadəddin Nəsiminin “Sığmazam” qəzəlinin sözləri ilə oxuduğu məşhur “Pəncu-şeş” hind mahnısının efirdə səslənməsi ayıbdır.
Bu sözləri açıqlamasında Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru, tanınmış bəstəkar Sərdar Fərəcov deyib. O bildirib ki, “Nəsimi İli”ndə belə mötəbər şəxsiyyətin, insanın yaradıcılığına münasibət ucuz olmamalıdır:
“Belə şeylərə gərək televiziya, mətbuat rəhbərləri ciddi nəzarət etsin. Müğənnilər Nəsimiyə “hörmət xatirinə” onun yaradıcılığını ucuzlaşdırmamalıdır”.
Qeyd edək ki, bir müddət əvvəl Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncamdan sonra ölkə səviyyəsində Nəsiminin yaradıcılığı ilə bağlı yeni işlər və tədbirlər həyata keçirilir.
Xatırladaq ki, A.Fərmanqızı qəzəlin sözlərini də düz oxumayıb, “Məndə sığar ikən cahan” (“iki cahan” əvəzinə) deməklə, ümumiyyətlə, Nəsimi yaradıcılığından bixəbər olduğunu nümayiş etdirib.
Xəbəri paylaş
6788 dəfə oxunub.
Digər xəbərlər

29-12-2021, 10:42
Qardaşını öldürdü, arvadını yaraladı - Saatlıda dəhşətli hadisə
26-02-2019, 10:51
“Sədərək”də yanğın olub
22-10-2015, 16:36
Azərbaycanlı fahişələr: Fahişə kimi yanına getdiyim oğlanla evləndik
9-11-2016, 22:15
Lombarda qızıl qoyanların nəzərinə - Diqqətli olun - VİDEO
29-09-2015, 00:35
Xərçəngi hiss edən itlər
12-12-2018, 10:35
İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib
29-02-2016, 19:05
Bəstəkar dünyasını dəyişən atasından danışıb - video
13-05-2015, 01:58
Teleaparıcı Elgiz Əkbər İki qoçun başı bir qazanda qaynamaz
10-11-2016, 17:18
Azərbaycanda ər arvadına od vurdu
4-09-2018, 13:32
Sabah yağış yağacaq, şimşək çaxacaq