AŞPA Mehman Hüseynovun işi üzrə qətnamə qəbulundan imtina edib
Tarix: 23-01-2019 | Saat: 10:29
Bölmə:Karusel / Siyasət / Gündəm | çapa göndər
Avropa Şurasının Parlament Assambleyası Azərbaycanda “siyasi məhbuslar” problemi üzrə qətnamənin müzakirəsini və qəbulunu əvvəlcədən planlaşdırmırdı. Bunu “virtualaz.org”a AŞPA-da Azərbaycan nümayəndə heyətinin sədri, bu təşkilatın vitse-prezidenti Səməd Seyidov deyib.
Qeyd edək ki, daha öncə bəzi KİV-lər məlumat verib ki, AŞPA bir qədər əvvəl Avroparlamentdə qəbul edildiyi kimi Azərbaycanda insan haqları ilə bağlı problem haqqında qətnamə qəbul etmək niyyətindədir.
“Bu məlumat həqiqəti əks etdirmir. Mən AŞPA-nın insan haqları üzrə komitəsində və Monitorinq komitəsində görüşlər keçirdim və Mehman Hüseynovla bağlı hadisənin həll edilməsi üzrə prezident İlham Əliyevin təşəbbüsünü deputatların nəzərinə çatdırdım. Hadisə iştirakçıları barışıblar, istintaq orqanı isə Mehman Hüseynov barəsində cinayət işinə xitam verilməsi haqda qərar qəbul edib”, - o bildirib.
AŞPA-da Emin Hüseynov tərəfindən təşkil edilmiş və Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi çağırışları səsləndirdiyi tədbir barədə məlumatı şərh edərkən Səməd Seyidov deyib ki, belə bir tədbir olub və orada AŞPA-nın cəmi bir neçə deputatı iştirak edib.
“Azərbaycan üzrə həmməruzəçi Ştefan Şennaxın çıxışı yalan məlumat üzərində qurulmuşdu və onun məruzəsi qeyri-səhih idi”, - Səməd Seyidov deyib.
Səməd Seyidov əlavə edib ki, Azərbaycan müxalifətinin onun AŞPA-nın vitse-prezidenti vəzifəsinə seçilməsinin qarşısını almağa və Azərbaycana qarşı qətnamənin qəbul edilməsinə yönəlmiş bütün cəhdləri tamamilə iflasa uğrayıb. O, baş verənləri AŞPA deputatlarının obyektiv yanaşması kimi qiymətləndirib.
Bir sıra KİV-lər onu da bildirməyə tələsiblər ki, Azərbaycanda “siyasi məhbuslar” üzrə qətnamə layihəsi AŞPA-nın aprel sessiyasında müzakirəyə çıxarılacaq. Səməd Seyidov bu məlumatı da təkzib edib və onu həqiqətə uyğun olmayan adlandırıb.
Xəbəri paylaş
4668 dəfə oxunub.
Digər xəbərlər

5-09-2017, 13:36
Feysbukda canlı yayımda faciə: 3 nəfər öldü - DƏHŞƏTLİ VİDEO
27-10-2019, 12:32
Azərbaycanda 70 yaşlı gəlin, 80 yaşlı oğul, 105 yaşlı ana - VİDEO
29-03-2017, 13:22
11 ildən sonra gözlənilən ilk transfer
3-03-2016, 16:44
Mərc oyunlarına nəzarət Azad Rəhimovdan alınır — ŞƏFFAFLIĞA GÖRƏ
4-12-2019, 20:09
Əli Əsədovdan gömrük rusumları ilə bağlı QƏRAR
1-11-2021, 08:50
Azərbaycanda tibb ocağında pasiyentlər həkimin qəbuluna düşmək üçün tualetdən keçməlidirlər - VİDEO
2-12-2019, 10:22
Bakıda 41 yaşlı kişi iranlı tələbə qızı ölümlə hədələdi
20-03-2017, 21:54
Göyərtəsində 44 sərnişin olan təyyarə qəzaya uğradı - VİDEO
19-07-2018, 17:05
Taxıl sahəsini qəsdən yandıran şəxs tutuldu
6-12-2015, 16:20
İtkin düşən neftçiləri 7 vertolyot axtarır