Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Sexdən çörək oğurlayırdı"- müdirini öldürənin işi yekunlaşır - TƏFƏRRÜAT
Tarix: 22-01-2019 | Saat: 17:13
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər


İşlədiyi çörək sexinin müdirini öldürməkdə ittiham edilən gənc hakim qarşısına çıxarılıb. Onun qətli törətdikdən sonra Gəncəyə qaçdığı məlum olub.
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1996-ci il təvəllüdlü Cəfərov İsmayıl Vahid oğlunun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hadisənin əsas şahidlər ifadə verib. Onlar cinayət hadisəsinin necə baş verdiyini görüblər.
Şahid Aysel Məmmədova hadisə baş verən zaman mərhumla təqsirləndirilən şəxsin mübahisəsini görüb.
O bildirib ki, hadisənin baş verdiyi yerdə, "Batabat" kafesində ofisiant işləyir.
Onun sözlərinə görə, hadisə günü təqsirləndirilən şəxs İsmayıl Cəfərov kafedə oturub və qarşısında olan dəftərdə satdığı malların haqq-hesabını edirmiş. Bir neçə dəqiqə sonra isə mərhum Elmar Qasımov kafeyə gəlib.
"Mən İsmayılı tanıyırdım. Kafeyə tez-tez gəlirdi. Biz ondan çörək alırdıq. O da kafeyə gəlirdi, çörək yeyirdi, çay içirdi, haqq-hesabını da edirdi. Həmin gün də İsmayıl eyni qaydada oturmuşdu. Mərhum Elmarı da sexin müdiri kimi tanıyırdım. Bir neçə dəfə kafeyə gəlib-gedib.
Kafeyə girəndə Elmar İsmayılı çağırdı ki, ə, bura gəl. İsmayıl fikir verməyəndə mərhum əsəbləşdi. Dedi ki, zibil, səninlə deyiləm? İsmayıl yenə fikir vermədi və Elmar onu təhqir elədi. Üz-üzə dayananda iki əli ilə İsmayılın boğazından tutub qaldırdı. İki dəfə də yerə çırpdı. Mən müdaxilə edə bilmədim. Bir də onu gördüm ki, İsmayıl cibindən bıçaq çıxarıb Elmarı vurdu. Elmar "maşın, maşın" deyə qışqırıb çölə çıxdı. Bir maşına əl eləsə də saxlamadı. Sonra özü yeriyərək getdi. Sonra nə olduğunu bilmədik"- deyə şahid bildirib.
Şahid ifadəsinin sonunda təqsirləndirilən şəxsin günahsız olduğunu, sakit adam olduğunu deyib. O bildirib ki, hadisə mərhumun hərəkətlərinin nəticəsində baş verib.
O əlavə edib ki, mərhumu əsəbi şəxs kimi tanıyıb: "Hərdən kafeyə gələndə də kobudluq edirdi. Yeməkləri, çayı bəyənməyəndə qışqırırdı, əsəbləşirdi. İşçilərinə qarşı da kobud idi".
Şahidin bu sözləri mərhumun məhkəmə zalında olan yaxınlarını əsəbiləşdirib.
Mərhumun hüquqi varisi, atası söyləyib ki, şahid İsmayıldan oğurluq çörək aldığı üçün onu müdafiə edir: "Bu İsmayıl sexdən çörək oğurlayırdı. Çörəyi də buna pulsuz verirdi. Həm də bu işlədiyi kafeyə artıq çörək yazdırıb pul alırdı. İkisi də qazanırdı. İndi gəlib onu müdafiə edir".
Şahid Aysel Məmmədova isə deyilənlərin həqiqət olmadığını dedi.
Digər şahid isə "Batabat" kafesində xadimə işləyə Samra Taralova olub.
Şahid söyləyib ki, həmin gün kafedə olan davadan xəbəri olub: "Biz İsmayıldan çörək alırdıq. Mən zəng edib çörək gətirməsini istədim. Çörəyi alanda pulunu verdim. Aysel isə nisyə aldı. Mərhum Elmar kafeyə gələndə soruşdu ki, çörəyi kimə vermisən? Ismayıl məni də, Ayseli də göstərdi. O, çörəyi nisyə verdiyinə görə əsəbləşdi və mübahisə elədilər. Mən içəri keçdim. Sonra səs-küy gəldi. Bildim ki, belə bir hadisə baş verib".
Prosesin davamında məhkəmə istintaqının başa çatdığı elan edilib. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.
Məhkəmənin növbəti iclası yanvarın 29-na təyin edilib.
Qeyd edək ki, qətl hadisəsi Bakı şəhəri, NZS qəsəbəsində baş verib. Çörək sexində çalışan İsmayıl Cəfərov sexin sahibi Elmar Qasımovu mübahisə zəminində bıçaqlayıb. Nəticədə E.Qasımov ölüb.
İsmayıl Cəfərov ifadəsində müdiri tərəfindən təzyiqlərə məruz qaldığını və işdə olarkən sıxışdırıldığını iddia edib.
O, elan olunmuş ittihamla özünü təqsirli bilib.
Qeyd edək ki, İsmayıl Cəfərov barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.


Xəbəri paylaş

3628 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___