Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Alim Qasımov və qızı musiqi festivalında - Polşa
Tarix: 19-07-2015 | Saat: 10:08
Bölmə:Karusel / Şou-Biznes / M2 | çapa göndər

Alim Qasımov və qızı musiqi festivalında - Polşa
Xəbər verdiyimiz kimi, iyulun 17- də xalq artisti Alim Qasımov və sənətkarın qızı əməkdar artist Fərqanə Qasımova Polşaya yola düşmüşdü.

İyulun 18-də sənətkarlar Polşada keçirilən "Jarocin 2015" musiqi festivalında çıxış ediblər.

Festival çərçivəsində muğam ifaçılarımız Polşanın "Vovo" musiqi qrupu ilə birgə çıxış edib və müxtəlif musiqi nömrələri səsləndiriblər. "Vovo" qrupunun iki mahnısını duet şəkilində oxuyan xanəndəmizin ifası qrupun son diskində yer alıb. Bu səbəbdən qrupun solistləri "Jarocin 2015" festivalı ərəfəsində Alim Qasımovla bu mahnıları canlı ifa etmək istəyiblər. İfa zamanı həmvətənlərimizi polşalı qrup müşayiət edib.

Qeyd edək ki, Alim Qasımovun növbəti konsert proqramı avqust ayında Malayziyada reallaşacaq.


Xəbəri paylaş

6618 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___