Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qaza tələbat artıb - "Azəriqaz"dan AÇIQLAMA
Tarix: 18-01-2019 | Saat: 12:18
Bölmə:Karusel / Gündəm | çapa göndər

Qaza TƏLƏBAT ARTIB
Havanın temperaturunun aşağı düşməsi səbəbilə ölkə ərazisində ötən günlərlə müqayisədə ümumi təbii qazın verilişində artım olub.
Xəbəraz.Az-a açıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev qeyd edib ki, qazın sərfiyatında 3 milyon 700 min kubmetr artım yaşanıb:
““Azəriqaz” İstehsalat Birliyi ötən günlərdə olduğu kimi bu gün də gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Məsul şəxslərdən ibarət çağrı mərkəzinin işi gücləndirilib. O cümlədən, regional qaz istismar idarələri, Bakı Regional Qaz İstismar Departamenti və onların xidmət sahəsində, həmçinin “Azəriqaz” İstehsalat Birliyinin idarəetmə aparatında məsul şəxslərdən ibarət növbəli iş davam etdirilir.
Gün ərazində kiçik həcimli müşahidə olunan qəzalar “Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin qəza xidməti tərəfindən aradan qaldırılıb. Güclü külək nəticəsində ağacın qaz xəttinin üzərinə düşməsi, həmçinin divar uçqunu nəticəsində qaz xəttinə zərər gəlməsi bura aiddir. Baş verən hadisələr dərhal qəza xidməti tərəfindən aradan qaldırılıb. Hər hansı bir problem yaşanmayıb, istehlakçıların qaz təchizatında fasilələr yaranmayıb.
O cümlədən, təlabata uyğun təbii qazın verilişi təmin olunur. Bildiyiniz kimi, bu günlərdə hava ötən günlərlə müqayisədə daha soyuq keçdi. Nəticədə, ümumi təbii qazın verilişdə də artım oldu. Ötən günlərlə müqayisədə qazın sərfiyatında 3 milyon 700 min kubmetr artım olub. Bundan sonrakı günlərdə təbii qaza tələbat artdıqca, onun verilişi də artırılacaq”.


Xəbəri paylaş

4048 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___