Bakının mərkəzində, küçənin ortasında 30 yaşlı paytaxt sakini zorlanıb.
Xəbəraz.Az sputnik azərbaycan-a istinadən xəbər verir ki, cinayət yanvarın 15-dən 16-na keçən gecə, saat 01:00 radələrində Nizami küçəsində, 149 nömrəli evin (italyan həyətində olan köhnə bina) həyətində baş verib.
Naməlum kişi gecə işdən evə gələn qadına (etik məsələlərə görə ad yazmırıq) hücum edib.
Zərərçəkənin kafedə qabyuyan işlədiyi bildirilir.
Təcavüzkar öz qurbanına bədən xəsarətləri yetirib və onu zorlayıb. Bu vaxt yaxınlıqda post-patrul xidmətinin əməkdaşları olub.
Polislər qadının qışqırıq səslərini eşidərək onun köməyinə tələsiblər. Asayiş keşikçilərini görən təcavüzkar qaçmağa başlayıb, lakin polislər onu saxlayıblar.
Saxlanan şəxsin Qazaxıstan vətəndaşı, 29 yaşlı Loktinov Ruslan Oleqoviç olduğu məlum olub.
Təcavüzkar qadının çənəsini sındırıb. Polis zərərçəkmişi xəstəxanaya çatdırıb.
İlkin araşdırma zamanı məlum olub ki, qadın piyada işdən qayıdırmış. Həmin vaxt Loktinov ona yaxınlaşaraq danışmağa başlayıb. Əvvəlcə qadın naməlum şəxslə danışıb, lakin sonra nə isə hiss edərək kişidən yaxasını qurtarmağa çalışıb.
Amma əlverişli məqam gözləyən kişi qadını yaşayış binasının həyətinə itələyib və orada onun çənəsinə zərbə vuraraq sındırıb. Sonra isə ona təcavüz edib.
İşdən evə qayıdan qadını küçədə zorladılar-Bakıda
Tarix: 18-01-2019 | Saat: 11:02
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Xəbəri paylaş
6498 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 18-01-2019 | Saat: 11:02
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
29-06-2018, 14:52
Azərbaycanda bu sahələr üzrə rüsum artırılır
9-07-2017, 10:55
Messi hər həftə 1 milyon funt qazanacaq
28-05-2023, 15:14
Bakıda hava küləkli olacaq, dağlıq rayonlara yağış yağacaq, dolu düşəcək
2-09-2015, 22:32
Bakıda qanunsuz qumarxana aşkarlandı
17-03-2017, 17:27
Həzrət Zəhranın (s.ə) nəzərində qadının zinəti
12-08-2020, 10:29
İmişli sakini bıçaqla qətlə yetirildi
22-06-2021, 11:38
Nazirlikdən anomal isti ilə bağlı XƏBƏRDARLIQ
25-12-2018, 15:10
Bu gündən hərbi çağırışçılara SMS gələcək
5-02-2019, 10:27
Bakıda 19 yaşlı qız itkin düşüb
10-05-2016, 06:23
Trampdan müsəlman merə cavab: “O istisnadır”