Kiçikdən böyüyə hər kəsin həvəslə alıb içdiyi enerji içkilərinin fəsadlarından çoxunun xəbəri yoxdur.
Enerji içkiləri tərkibində kofein, taurin, vitaminlər, bitki mənşəli əlavələr, digər dadlandırıcı maddələr olan dözümlülük, fiziki gücü gücləndirən içki kimi qələmə verilir. Amma həkimlər bununla razılaşmırlar.
Röyalə Quluzadə - Həkim: "Ümumiyyətlə, şəkərli insanlar və şəkərli diabetə meyilli insanlar bu içkilərdən qətiyyən istifadə etməməlidirlər. Ürək qan-damar sistemi xəstəliyi olanların da istifadə etməsi doğru deyil. Qısa zamanda arterial təzyiqin qalxmasına səbəb olduğu üçün çox risklidir. Belə ki, beyinə qan sızma, ürək infarktı kimi fəsadlara yol aça bilər".
Sakin: "İçməmişəm, içmək fikrim də yoxdur".
Sakin: "Ziyanlı olduğu deyilir. Qiymətlər də qalxıb, artıq başqa sular içilsə, daha məsləhətli olar".
Sakin: "Bizim vaxtımızda kompot, şirələr vardı. Özümüz çəkib, özümüz içirdik, heç bir xəstəlik də yox idi".
Kofein fiziki olaraq ürək ağrıları riskini artırır. Skelet əzələlərini stimullaşdırır, insulin həssaslığını azaldır. Böyük həcmdə enerji içkisi qəbul edilməsi ciddi fəsadlara, qıcolmalara, insult və qəfil ölümə səbəb ola bilər. Həkimlər hamilə qadın və uşaqların bu içkiləri qəbul etməsini isə qəti qadağan edir.
Röyalə Quluzadə - Həkim: "Ən azından 18 yaşına çatmayanlar istifadə etməsin. Hamilə qadınlarda isə kofeinin istifadəsi bətndaxili qüsurlara gətirib çıxara bilər.
Avropa ölkələrinin artıq qanunvericiliklə də üz çevirdiyi bu içkilərin Azərbaycanda alıcılarının getdikcə artması mütəxəssisləri hərəkətə keçməyə məcbur edib. Qida təhlükəsizliyi İnstitutu əhaliyə müraciət edir:
Aysel Cəlilova - Keyfiyyətə Nəzarət Departamentinin əməkdaşı: "Onların etiket məlumatlarına diqqət yetirsinlər. Tərkib məlumatlarında zərərli maddələrin olub-olmamasına baxsınlar".
Enerji içkiləri spirtli içkilərlə birgə qəbul edilərsə, zəhərlənməyə də səbəb ola bilər. Daha çox enerjili olmaq istəyi insanın qalan ömrünün də enerjisini əlindən ala bilər.
“Beyinə qan sızmasına, ürək infarktına yol açır” - Enerjimizi yeyən enerji içkilər
Tarix: 10-01-2019 | Saat: 19:27
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
4138 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 10-01-2019 | Saat: 19:27
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
30-05-2022, 13:32
Sabah 33 dərəcə isti olacaq
23-08-2018, 15:12
Məktəbli bazarlarında canlanma – Qiymətlər
2-01-2017, 11:47
Bakıda London taksisi qəza törətdi: 1 ölü, 2 yaralı
13-07-2015, 12:17
Kasilyas rəsmən hansı kluba transfer oldu?
6-06-2022, 09:55
Qayınanasıgildən gələn kürəkən özünü asdı
1-08-2021, 11:03
Göygöldə DƏHŞƏT: Eyni vaxtda iki qardaşı bıçaqladılar - YENİLƏNDİ
16-02-2020, 13:52
Sevgililər günü belə keçdi - FOTOLAR
15-02-2022, 11:44
Quranda adı keçən bu meyvə xərçəngi yox edir
16-03-2016, 12:04
Bakıda saxta ağrıkəsicilər satılır? - FOTO
15-11-2018, 10:41
“Qəbələ”nin məşqçisi qəzada öldü, sürücü ağır yaralandı