Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sadəcə biraz söhbətləşmək mədəniyyəti – Gənc yazar dostlarım üçün...
Tarix: 17-07-2015 | Saat: 13:07
Bölmə:Karusel / Özünü Tanıd / M2 / Ekskluziv | çapa göndər

Sadəcə biraz söhbətləşmək mədəniyyəti – Gənc yazar dostlarım üçün...
Nikbin Qasımlı yazır...

Yazar mexanizator funksiyasına sahib olmalıdır. Nə zaman təb gəldisə və o zaman qələmi əlinə alıb yazmağa başladınsa, bu o qədər də uğurlu alınmayacaq. Çünki onda yazılmış mətndə funksional tərtib kasad olacaq.

Gənc yazar dostlarım, lütfən dediklərimə az da olsa qulaq asın. Mənki fikirlərimi sizinlə onun üçün bölüşürəm ki, sizi özüm qədər çox istəyirəm.

Yazılmış şeirdə və ya hekayədə mütləq pauzalardan istifadə eləmək lazımdır. Sırf İrlandiyalı yazar Samuel Bekket üsulu da olmamalıdır, əlbəttə. Ona görə ki, Bekket olmaq çətin məsələdir, onu təkrarlamaq isə sadəcə dəsti-xəttin zəifçiliyindən xəbər verir.

Günümüzdə 24 saat vaxt varsa, ən azı onun 12 saatını yazmağa sərf eləyin. Çox gözəl başa düşürəm ki, indiki vaxtda çox yazmaqla pul qazanmaq, habelə qazandığın pulla qarını doyurmaq olmur. O zaman da Fransız yazar Onore De Balzakın fikirlərinə üstünlük vermək lazımdır. O deyib: Bəzən iki əllə, iki ayaqla və tək beyinlə əldə elədiyin mənəvi əməyi bir anın içərisində madiyyata satmağa məcbur olursan. Təəssüf ki, belədir.

Tarixdə iz qoymaq istəyirsinizsə, mövcud siyasi, sosial və ictimai proseslərə baş qoşmayın. Belə mövzuların ətrafında zehni gücünüzü hədər eləməyin. Üstəgəl gənc yazar dostlarıma bir şad xəbərim də var: Bu yaxın müddətdə günümüzə 1 saniyə də əlavə olunacaq. Deməli yazmağa 1 saniyədə də olsa əlavə vaxt ayırmaq mümkün olacaq.

Məzuniyyəti əldə bayraq eləyib kürd toyuqlar kimi yatmayın. Zatən çox yatdığınız müddətdə bir ədəd də olsa yumurta yumurtlaya bilməyəsiniz. Ancaq və ancaq yazmağa vaxt ayırın. Çünki hər kəsin yumurtası onun bəhrəsidir. Sizin də yumurtanız samballı əsərləriniz olmalıdır.

Kişi üçün həmişə qadın sevmək çətin olub. Qadın üçün kişini sevmək sadəcə baş bəlasıdır. Kişi aldadandır, qadın da üzüyola bəndədir çünki. Ona görə də bugünədək əyani və ya qiyabi olaraq tanıdığım bütün qadın yazarların ədəbi mətnlərində ruhsal kövrəklik açıq-aydın hiss olunur.

Əsərlərinizdə yaratdığınız obrazları canlı təsəvvür eləyin, hər zaman. Əsərlərinizdə obrazlardan birisini öldürərkən əvvəlcə özünüzün ölümünü fikirləşin. Əgər özünüzə qıya bilirsinizsə, deməli yaratdığınız obraza da qıya biləsiniz. O zaman həmin obrazı əsərlərinizdə ölüdürün, özü də vəhşicəsinə.

Mütləq! Çexovun əsərlərini oxuyun. Kafkanı, Dostoyevskini, Tolstoyu mütaliə eləyin. Amma çox da oxumayın. Onsuz da çox kitab oxusanız belə istedadınız yoxdursa yaza bilməyəsiniz.

Son olaraq, hər zaman dediyim ki, yazar ola bilərsən, amma müəllif deyilsənsə, deməkdir ki, indiyədək heç nə yazıb-yaratmamısan.

Təxminən, bu qədər.


Xəbəri paylaş

1 4958 dəfə oxunub.

Digər xəbərlər
9-04-2016, 13:53 Lavrov Türkiyəyə gedir

bütün xəbərlər
____ Instagram ___