Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Avstraliya Qüdsü İsrailin paytaxtı kimi tanıdı
Tarix: 15-12-2018 | Saat: 13:51
Bölmə:Karusel / Siyasət / Gündəm / Dünya | çapa göndər


Avstraliyanın baş naziri Skott Morrisonölkəsinin Qüdsü rəsmən İsrail dövlətinin paytaxtı kimi tanıdığını bəyan edib.
Bu haqda baş nazir Sidney İnstitutunda etdiyi çıxışda bildirib.
“Avstraliya artıq Qərbi Qüdsü İsrail paytaxtı olaraq tanıyıb”, - deyə baş nazir Morrison açıqlayıb.
Morrison eyni zamanda qeyd edib ki, yaxın zamanda Avstraliya Qüdsdə  ticarət nümayəndəliyini və hərbi attaşe ofisini açmağı planlaşdırır. Avstraliya səfirliyi hələlik Təl-Əvivdə qalsa da, ölkə hazırda Qüdsdə diplomatik missiyanın yerləşməsi üçün uyğun bina axtarışındadır.
Qeyd edək ki, İsrail Qüdsü öz vahid və ayrılmaz paytaxtı hesab edir. İsrail ordusu şəhəri 1967-ci ilin Altıgünlük müharibəsi zamanı ələ keçirib.
Xatırladaq ki, Avstraliyadan savayı ABŞ, Çexiya, Braziliya, Honduras və Qvatemala kimi ölkələr də Qüdsün İsrail paytaxtı kimi tanıyıb.


Xəbəri paylaş

4858 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___