Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qızının ərini yandıran qaynana məhkəmə qarşısında
Tarix: 05-12-2018 | Saat: 15:15
Bölmə:Karusel / Hadisə | çapa göndər


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kürəkənini kimyəvi maddə ilə yandırmaqda təqsirləndirilən Kəmalə Əsədovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclası dekabrın 7-nə təyin edilib.
İttihama görə, K.Əsədova bu ilin əvvəlində gecə saatlarında kürəkəni Qarayev Tərlan Ağalə oğlunun kirayə qaldığı evə gəlib, yatdığı yerdə onun üzərinə yandırıcı kimyəvi maddə tökərək yandırıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
K.Əsədova barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
(trend)


Xəbəri paylaş

4618 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___