Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək
Tarix: 27-11-2018 | Saat: 14:39
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək
Noyabrın 29-da UEFA Avropa Liqasının qrup yarışı çərçivəsində “Qarabağ» futbol klubunun Bakı Olimpiya Stadionunda Portuqaliyanın "Sportinq" klubu ilə keçirəcəyi oyunla əlaqədar olaraq, Bakı metropoliteninin "Koroğlu" stansiyasının iş rejmində bəzi dəyişikliklər ediləcək.
Bu barədə “Bakl Metropoliteni”QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, "Bakı Metropoliteni" QSC-nin mövcud əməliyyat planına uyğun olaraq, stansiya oyunun başlanmasına bir müddət qalmış gücləndirilmiş iş rejimi şəraitinə keçiriləcək.
“Həmin müddətdə sərnişin axınının tənzimlənməsi məqsədilə stansiyaya əlavə canlı qüvvə və texniki vasitələr ayrılacaq. Matçın həmin gün saat 21:55-də başlanması nəzərə alınaraq, "Bakı Metropoliteni" QSC rəhbərliyinin qərarına əsasən, görüşü arenada izləyənlərin metropolitendən təhlükəsiz və rahat istifadə etməsi məqsədilə xüsusi tədbirlər həyata keçiriləcək.
Oyun gecə saat 12 radələrində başa çatacağından, "Koroğlu" stansiyasının iş rejimi, zərurət yaranacağı təqdirdə, bir saata qədər uzadıla bilər. Matç bitəndən sonra "Koroğlu" stansiyasına daxil olan sərnişinlər qatarların hərəkət etdiyi bütün istiqamətlərdə daşınaraq, mənzil başına çatdırılacaqlar”.
Qeyd edək ki, Bakı metropoliteninin iş rejimi səhər saat 6-dan gecə saat 12-yə qədərdir.


Xəbəri paylaş

6618 dəfə oxunub.

Digər xəbərlər
22-11-2017, 12:01 Sabahın Havası

bütün xəbərlər
____ Instagram ___