Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Kosovoya məğlubiyyətə görə bütün Azərbaycandan üzr istəyirəm"
Tarix: 22-11-2018 | Saat: 11:10
Bölmə:Karusel / İdman | çapa göndər

 
"Əvvəlcə kosovolu azarkeşlər haqda danışmaq istərdim. Onlar bizə qarşı düzgün hərəkət etmədilər".
Bu sözləri açıqlamasında milli komandamızın hücumçusu Ruslan Qurbanov deyib. “Səbail”in futbolçusu UEFA Millətlər Liqasının qrup mərhələsinin son turunun Kosovo ilə səfər oyununda yerli azarkeşlərin Azərbaycan himni səslənərkən onu fitə basmalarına münasibət bildirib:
“Bir ölkənin himnini fitə basmaq hörmətsizlikdir. Azarkeşlər Azərbaycanın himninə hörmət etməli idilər”.
Kosovoya böyükhesablı məğlubiyəti də şərh edən Ruslan Azərbaycan xalqından üzr istəyib: "Məğlubiyyətə gəlincə, həmin gün onlar nə etmək istədilərsə, hamısı alındı. Etiraf edim ki, bizdən güclü idilər. Böyükhesablı məğlubiyyətə görə azarkeşlərdən, bütün Azərbaycan xalqından üzr istəyirəm. Səfərə qələbə dalınca getmişdik. Sadəcə, uğur o gün rəqibin tərəfində idi. Buraxılan erkən qoldan sonra toparlanmaq çətin oldu”.
Qeyd edək ki, səfərdə Kosovoya 0:4 hesabı ilə uduzan millimiz qrupda 2-ci yeri tutaraq, pley-offa vəsiqə qazana bilməyib.


Xəbəri paylaş

4758 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___