Bakıda kanalizasiya qaynadı - İçindən mal başı, taxta, sement kisələri çıxdı -foto
Tarix: 20-11-2018 | Saat: 13:58
Bölmə:Karusel / Gündəm / Hadisə / Foto-fakt | çapa göndər
Bakının Biləcəri qəsəbəsinin Füzuli küçəsindən keçən 1000 mm diametrli kanalizasiya kollektorundan kəsilmiş mal başları və digər bərk məişət tillantıları çıxarılıb. Həmin ərazidə kanalizasiya quyusundan çirkab suların qaynaması barədə "Azərsu" ASC-yə müraciət daxil olduqdan sonra baxış keçirilib, əraziyə xətləri yüksək təzyiqlə yuyan xüsusi yəyinatlı maşın və digər mexanizmlər cəlb olunub.
"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, bütün səylərə baxmayaraq, kollektorda baş verən tutulmanı açmaq mümkün olmayıb. Sonra kollektorun 4m dərinlikdən keçən hissəsinin üzəri açılıb, dəmir-beton boru 2 yerdən sındırılaraq xəttin içərisinə müdaxilə olunub.
Onun sözlərinə görə, tutulma baş verən hissədən bir-birinə və borunun divarlarına pərçim olunmuş kəsilmiş mal başları, çoxlu sayda sement kisələri, hər birinin uzunluğu 1 m-dən mox olan 2 taxta parçası, digər bərk məişət tullantıları çıxarılıb və çirkab suların normal axını təmin edilib. Adi hallarda kollektorda tutulmalar bir-neçə saata aradan qaldırlırsa, Biləcəri qəsəbəsi Füzuli küçəsində kollektorun təmzilənməsi 3 gündən artıq vaxt aparıb:
"Heyvan kəsimi ilə məşğul olanlara, eləcə də əhalinin diqqətinə bir daha çatdırırıq ki, kanalizasiya xətləri tullantı suların axıdılması üçün nəzərdə tutulub, ora hər hansı bərk məişət tullantıların atılması yolverilməzdir. Belə hallar kolleltorlarda tez-tez tutulmalara, yolların, həyətlərin və ətraf ərzailərin çirkab suların altında qalmasına səbəb olur"
Xəbəri paylaş
7398 dəfə oxunub.
Digər xəbərlər

30-03-2022, 10:38
Azərbaycan nömrəli avtomobil qaydaları pozdu, cərimə traktor sürücüsü qadına yazıldı — FOTOLAR
16-12-2017, 18:54
Bakıda avtomobil ana və oğlunu vurub, 8 yaşlı uşaq ölüb
6-05-2021, 21:57
Alçanı duza batırıb yeməyin - Bədəndə şişlər yaradır
15-04-2016, 15:06
32 məktəb direktoru vəzifəsindən azad edilib
4-01-2019, 12:40
Mançester Siti" "Liverpul"a qalib gəldi
13-05-2016, 19:06
Çində faciə: 66 ölü, 10 itkin – Foto
2-03-2023, 11:58
Sabunçuda ƏMƏLİYYAT: 81 nəfər saxlanıldı (VİDEO)
17-01-2016, 13:48
Solaxaylar haqqında maraqlı - Faktlar
21-06-2016, 12:49
Baş redaktor vəzifədən getdi