Bakıda DƏHŞƏT: 2 nəfər güllələndi, biri hadisə yerindəcə öldü
Tarix: 18-11-2018 | Saat: 18:35
Bölmə:Karusel / Hadisə | çapa göndər
Bakı şəhərinin Şüvəlan qəsəbəsində 2 nəfər güllələnib.
Dünən günorta saatlarında Şərifov Vüqar Bəxtiyar oğlu qəsəbə sakini Babayev Cabir Yaşar oğlunu güllələyərək öldürüb. O, polisə gələrək könüllü şəkildə təslim olub.
Bildirilir ki, qətlə yetirilən Cabir Babayev Bakının məşhur “avtoş”larından olub və "Cabir-012" adı ilə tanınıb. Onun ölümü isə təsadüf nəticəsində baş verib. Belə ki, Cabirin dostu Vüqarın qardaşının üzünə “şram” atıb. O, da həmin şəxsi güllələmək istəyib və bu zaman atəş Cabirə tuş gəlib. Hadisə şahidləri Cabiri Vüqarın deyil, onun qardaşının güllələdiyini deyiblər.
Dünən Şüvəlan qəsəbəsinin başqa hissəsində də güllələnmə olub. Qəsəbədəki maşınqayırma pansionatının yaxınlığında 1986-cı il təvəllüdlü Əliyev Qorxmaz Adil oğlu qohumu, 1979-cu il təvəllüdlü Quliyev Sərvər Məmməd oğlunu güllələyib. Ağır xəsarət alan S.Quliyev xəstəxanaya çatdırılıb.
Bildirilir ki, Qorxmaz Əliyev maşınından qəfil silah götürərək atəş açıb, hadisənin səbəbi hələlik məlum deyil.
(publika)
Xəbəri paylaş
5498 dəfə oxunub.
Digər xəbərlər

18-06-2015, 13:19
Azərbaycanlı ilə Erməninin dialoqu MARAQLIDIR
31-05-2020, 17:36
Azərbaycanda daha 248 nəfərdə koronavirus aşkarlandı, 2 nəfər öldü
18-07-2015, 15:52
Məşhur GTA oyunundakı hadisələr gerçək oldu - VİDEO
10-09-2015, 15:32
DİDEM NƏYƏ GÖRƏ AYGÜN KAZIMOVANIN STİLİSTİNİ SEÇİR? (FOTO)
26-01-2017, 16:15
Avtoqraf verdiyi qızla evlənir - FOTO
29-07-2016, 17:45
Bu gün dünya dağılacaq? - VİDEO
2-09-2017, 22:56
Möhtəşəm “Xəzər Palace” otelinin açılışı oldu - Foto
19-11-2018, 10:28
Bu il Azərbaycanda nə qədər insan ölüb?