Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Qəbələ”nin məşqçisi qəzada öldü, sürücü ağır yaralandı
Tarix: 15-11-2018 | Saat: 10:41
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər

 
Azərbaycanda futbol məşqçisi yol qəzasında dünyasını dəyişib.
Xəbəraz.Az bildirir ki, "Qəbələ" futbol klubundan verilən məlumata görə, Qəbələdə yol qəzasında ölən Teymur Musayev "Qəbələ" futbol akademiyasının məşqçisi olub.
Bildirilib ki, hadisə gecə saat 02:30 radələrində baş verib. T.Musayev evə qayıdarkən dostu 1952-ci il təvəllüdlü Rafiq Qurban oğlu Məmmədovun idarə etdiyi avtomobil yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində məşqçi dünyasını dəyişib.
T.Musayev ailəli idi, iki oğlu və bir qızı var.
Sürücü R.Məmmədov isə Qəbələ rayon Müalicə Diaqnostika Mərkəzinə gətirilib. Mərkəzdən Trend-ə verilən məlumata görə, onun vəziyyəti ağırdır, hər iki bud nahiyəsində sınıqlar var, döş qəfəsi ciddi zədələnib. Hazırda reanimasiyaya yerləşdirilib.


Xəbəri paylaş

4768 dəfə oxunub.

Digər xəbərlər
3-09-2019, 14:12 YAP-dan yeni qərar

bütün xəbərlər
____ Instagram ___