Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Şagirdlərə cinsi əlaqənin necə olmağı, erkən hamiləliyin fəsadları öyrədilməlidir"
Tarix: 14-11-2018 | Saat: 11:09
Bölmə:Karusel / Gündəm | çapa göndər

 
Mama-ginekoloq qeyd edib ki, həkimin qadını necə abort etməsindən asılı olaraq, onun orqanizmində müəyyən fəsadlar yarana bilər:
"İlk abortlar xüsusilə təhlükəlidir. Bu abortlar hamiləliyin ilk 6-7 həftəsinə kimi edildiyi üçün mini abortlar sayılır. Fəsadları da müxtəlifdir. Abort zamanı qadın infeksiyaya yoluxa, uşaqlıq boşluğunun daxili divarları zədələnə bilər. Nəticədə, uzun müddət müalicəyə ehtiyac yaranır. Ümumilikdə, abort hormonal sistemi pozur, immun sistemini isə zəiflədir. Bəzən qadın ana olmaqdan məhrum ola bilər".
Qeyd edək ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 141-ci maddəsinə əsasən, həkim tərəfindən tibb müəssisələrindən kənarda abort etmə iki yüz manatadək cərimə və ya altı ayadək islah işləri ilə cəzalandırılır.
Ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etmə üç yüz manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına görə, hər il dünyada 70 mindən artıq qadın məhz abort nəticəsində ölür.
Bu Məcəllənin 141.1 və 141.2-ci maddələrində nəzərdə tutulmuş əməllər nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu Məcəllənin 141.1 və 141.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda isə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Xəbəri paylaş

4888 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___