Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Utanıram, qarşısını ala bilmədim” - Oğluyla birgə cəza çəkməyini xahiş edən ŞÖBƏ RƏİSİ
Tarix: 12-11-2018 | Saat: 13:36
Bölmə:Karusel / Gündəm | çapa göndər

 
ARB TV-nin "Rezonans" proqramında bu dəfə saxta sənəd hazırlamaq üstündə həbs həyatı yaşayan keçmiş poçt rəisindən bəhs edilib.
Aslan Lətifov - Məhkum (Cəzası: 7 il): "1957-ci ildə Ağdaşda anadan olmuşam. Poçt idarəsində şöbə rəisi işləmişəm. Ata-bala məhkum olanda ailə üçün çətindir. Oğlum əfv olunandan sonra yenə tutuldu. Xahiş etmişik ki, oğlum da yanıma gəlsin. Mən inanınıram ki, ailəyə köməklik göstəriləcək. Prezidentə təşəkkürümü bildirirəm ki, müharibə dövründə məhkumlar üçün belə şərait yaradılıb. Saxta sənədə görə həbs olunmuşam. Çox peşmanam. Möhürlü sənədlər gəlmişdi. Saxta olduğunu sonradan bildim. 416 min yeyinti olmuşdu. Ortaqlarım da içəridədir".

Məhkum həbsdəki oğlundan başqa 2012-ci ildə faciəvi şəkildə ölən böyük oğlundan da danışıb:

"Böyük oğlum 2012-ci ildə rəhmətə gedib. Rusiyada uşaqlar dalaşanda bir azərbaycanlını rusiyalı bıçaqlayıb. Qışqırıb ki, Nizam, gəl kömək et. Bu gedəndə rusiyalı bıçağı düz ürəyinə vurub. Digər oğlumun həbsxanaya düşməsində özümü günahkar bilirəm ki, azadlıqda olsaydım, qarşısını alardım. Allah heç bir valideyni mənim düşdüyüm vəziyyətə düşürməsin. Həbsxanada şərait nə qədər yaxşı olsa da, o demək deyil ki, yaxşıyam. Hərdən qapını bağlayıb ağlayıb rahatlanıram. Efirdə kömək istəməyə utanıram. Bu günah mənim belimdədir".


Xəbəri paylaş

5108 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___