Sosial şəbəkələrdəki tanışlıq nələrə səbəb olur? - ARAŞDIRMA
Tarix: 07-11-2018 | Saat: 15:43
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər
Çoxu relda başa düşülmədiyini hesab edib üz tutur virtuala. Üzünü görmədiyi, hətta bəzən adını belə düzgün bilmədiyi birinə sirlərini açır, dərdləşir. Ən maraqlısı isə, sadəcə, onun anlatdığı qədərini bildiyi halda, ona illərlə tanıdığı insanlardan daha çox güvənir. Hətta bəzən iş, ailə həyatı qurmağa qədər irəliləyir. Vədə yetişib bir-biri ilə görüşəndə isə görürlər ki, bəs bu, həna o hənadan deyil.
ARB TV-nin "Günə doğru" proqramı "virtual, yoxsa real münasibət" mövzusu ilə bağlı maraqlı süjet hazırlayıb.
Könül Cəfərova - Psixoloq: "Bizə dəfələrlə müraciət etmiş pasientlərdən də biz görürük ki, virtual aləmdə tamamilə başqa bir insan idi. Həmin insan real həyatda bir münasibətə başlayır, sonra realda üz-üzə gələndə virtual aləmdə tanıdığı obraz tamamilə darmadağın olur. Ola bilsin ki, yetərsiz, natamam ailədə böyüyüb, sevgisiz böyüyüb, özünü cəmiyyətdə, ailədə təsdiq edə bilməyib. Məhz elə insanlar daha çox virtual aləmə meyl göstərirlər".
Yaxınlarını uzaq, tanımadıqlarını yaxın hiss etdirən bu ələmin ən mənfi tərəflərindən biri də insanlarda özünəqapalılıq yaratmasıdır. Bütün gün yazışanların yadına nə qohum, qardaş düşür, nə də qonum-qonşu. İnternətlə dünyanın altını da, üstünü də öyrənəcəyini düşünənlərin heç öz ailələrində nə baş verdiyindən xəbəri olmur.
Əhməd Mansurov - Sosioloq: "Sağlamlıq imkanı məhdud olan insanlar üçün xeyirli olan resursdan insanlar özlərini məhdudlaşdıraraq istifadə edirlər, yazaraq özlərini ifadə etməyə çalışırlar. Bu da onları müəyyən komplekslərə salır ki, bununla da onlar real həyatda ünsiyyət yaratdıqda çətinlik çəkirlər. Yaxınları ilə, əzizləri ilə ünsiyyətdə problemlər yaradır. Elə insanlar öz həyatlarını ancaq virtuallıqda görürlər".
Könül Cəfərova - Psixoloq: "Ən möhkəm və davamlı münasibət gerçəklər üzərində qururlan münasibətlər olur. Yaxşı olardı ki, biz sosial şəbəkələrdən istifadə qaydasını, ünsiyyət qaydasını beynimizdə təhlil edək ki, biz nə üçün bundan istifadə edirik".
İstər real olsun, istərsə də virtual, hər insan özünə bir qulaq yoldaşı axtarır, ən azından dərdini deyəndə dinləyəni olduğunu bilsin deyə. Amma bu, o demək deyil ki, hər önünə gələnə də dərd dağıtmalısan. Tanımadan dərdini bölüşdüyün insanlar sonradan sənə əlavə dərd də gətirə bilər. Dərdiniz azmış kimi bir də onun yaratdığı problemlərlə əlləşməmək üçün bütün hallarda diqqətli olun.
Xəbəri paylaş
5568 dəfə oxunub.
Digər xəbərlər

22-07-2022, 13:22
Sabah şimşək çaxacaq, yağış yağacaq
18-04-2022, 08:54
Cibdəki telefonun kişi sonsuzluğuna təsiri açıqlandı
27-05-2019, 13:07
Ağcabədidə oğul atasını ov tüfəngi ilə vurub
5-08-2019, 03:48
Rektorla jurnalistin məhkəməsində dava düşdü
12-03-2021, 19:47
Abşeronda keçmiş məhkumdan silah götürülüb - FOTO
30-01-2021, 15:02
Bu şəxslər 3 il müddətinə vergidən azad edildi
28-07-2017, 22:31
Xaçmazda DƏHŞƏTLİ OLAY: 2 yaşlı uşaq stuldan yıxılaraq öldü - VİDEO
1-04-2018, 16:53
Bu ölkədə ərzaq pulsuzdur - Hamı eyni məbləğdə əməkhaqqı alır
30-04-2016, 15:20
OPEK ölkələrindən növbəti rekord
22-06-2015, 21:14
Azərbaycan samboçuları üç gümüş medal qazandılar - YENİLƏNİB