Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>

ZehraGulum.butik

Ekskluziv,təravətli güllər və buketlər zövqünüzü oxşayacaq!

Ən münasib qiymət bizdə!

Əlaqə üçün: (WhatsApp) 012 371 80 90/055 379 99 40/077 399 68 89 (İnstagram.com)⬇ ➡@zehragulum.butik
Dövlət qulluqçusu olmaq istəyənlərin 555-i imtahanı uğurla verib - RƏSMİ
Tarix: 7-11-2018, 12:26 | Saat: 15:47:00
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər

 
Dövlət İmtahan Mərkəzi (DİM) oktyabrın 28-də inzibati icraçı vəzifələrə aid vəzifə qrupları üzrə keçirilmiş imtahanda iştirak etmiş ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən və dövlət qulluğunda çalışan namizədlər haqqında növbəti statistik məlumatları açıqlayıb.

DİM-dən bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslərdən 1087 nəfəri ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyənlərdir. Onlardan 555 nəfəri imtahanı müvəffəqiyyətlə verib.

İmtahanda iştirak edənlərdən 369 nəfər isə məlumatları "Dövlət qulluqçularının reyestri" sisteminə daxil edilmiş şəxslərdən ibarət olub. Onlar müsabiqə və ya müsahibə yolu ilə işə qəbul edilənlər, müddətli əmək müqaviləsi və digər əsaslarla işə qəbul edilənlər və işdən azad edilənlər kateqoriyalarına bölünür.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən birinci kateqoriyaya aid müsabiqə və ya müsahibə yolu ilə dövlət qulluğuna qəbul edilmiş şəxslərin sayı 54 nəfərdir. Hazırda bu şəxslər dövlət qulluğunda çalışırlar. Bu namizədlərdən 22 nəfər imtahandan uğurla keçib. Onlar müvafiq sertifikat əldə etməklə gələcəkdə daha yüksək vəzifələrdə çalışmaq imkanından istifadə edə bilərlər.

Müddətli əmək müqaviləsi və digər əsaslarla işə qəbul edilən şəxslərdən isə 264 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və onlardan 74 nəfər müvəffəqiyyət əldə edib.

İşdən azad edilənlər kateqoriyasına aid şəxslərdən isə 51 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçib və onlardan 16 nəfər uğur qazanıb.

Xatırladaq ki, ümumilikdə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1456 namizəddən 667 nəfəri (45.8%) müvəffəqiyyət əldə edib.

Test imtahanını uğurla vermiş şəxslər müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. Hazırda 15 oktyabr və 5 noyabr tarixlərində elan olunmuş müsahibələr üzrə qeydiyyat davam edir.
шаблоны для dle 11.2

1588 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___