Gömrükdəki pullar əvvəllər hara yoxa çıxıb? - Deputat parlamentdə məsələ qaldırdı
Tarix: 05-11-2018 | Saat: 16:06
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
5298 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 05-11-2018 | Saat: 16:06
Bölmə:Karusel / Gündəm | çapa göndər
Bu il Gömrük Komitəsinin malların idxalından 1 milyard manata yaxın dövlət büdcəsinə vəsait daxil olub. Ancaq biz rüsumları və gömrük tariflərini artırmamışıq. Bəs bu qədər vəsait nəyin hesabına büdcəyə daxil olub?”
Bunu deputat Vahid Əhmədov parlamentdə çıxışında deyib.
O, bunun səbəbini Gömrük Komitəsində aparılan kadr siyasəti ilə əlaqələndirib: "Gömrük Komitəsində rüşvətxorluğun qarşısının alınması məqsədilə büdcəyə 1 milyard vəsait daxil olub. Azərbaycan 27 ildir ki, müstəqil dövlətdir. Hər il bir milyard daxil olsaydı, görün bu təkcə gömrük sahəsindən 27 milyard pul edirdi. Ancaq bu məbləğ hələ indi büdcəyə daxil olur. Bunu əvvəllər kim mənimsəyibsə, məsələni araşdırmaq artıq hüquq-mühafizə orqanlarının işidir. Qeyd edim ki, Azərbaycanda kölgə iqtisadiyyatının həcmi çox böyükdür. Mən burada rəqəmi açıqlamaq istəmirəm. Bunu aradan qaldırmaq üçün ciddi işlər görülməlidir”.
V. Əhmədov dövlət borcu ilə bağlı məsələyə də toxunub. O bildirib ki, dövlət zəmanətilə verilən borcları, kreditləri onu alan həmin qurum özü həll etməlidir, özü qaytarmalıdır: "Kredit verilib, götürmüsən, canın sağ olsun, indi zəhmət çək, vaxtında da ödə. Bunu dövlətin, Maliyyə Nazirliyinin üzərinə atma. Ona görə hesab edirəm ki, bu məsələdə ciddi şəffaflıq təmin olunmalıdır, zəmanət verilən qurumların fəaliyyətinə, ciddiliyinə fikir yetirmək lazımdır. Hər kəsə dövlət zəmanəti ilə kredit verilməməlidir”
Xəbəri paylaş
Digər xəbərlər
17-01-2019, 13:56
İncəsənət aləmində 2019 cu ilin ilk NİŞANI-fotolar
27-09-2016, 19:17
Elzanın qızı doğdu, əri kameraya çəkdi - FOTOLAR
11-04-2015, 13:21
Bakıda dəhşətli yanğında xəsarət alanların – SİYAHISI
4-07-2022, 11:03
Bakıda məşhur marketdə 28 nəfər zəhərlənib
2-07-2020, 15:39
Yasamalda əməliyyat: "Əfsanə"də 27 nəfər tutuldu
30-03-2019, 16:21
Sərxoş sürücülər saxlanıldı - Bakıda reyd
24-04-2016, 12:32
Almaniyada Ərdoğanı təhqir edən siyasətçi saxlanıldı
26-04-2019, 12:34
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlı əməliyyat edildi
14-03-2015, 12:21
İlham Əliyev 10 milyon manat pul ayırdı
8-05-2021, 10:44
Evi olmayanlara ŞAD XƏBƏR - Qaydalar DƏYİŞDİ