Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>

ZehraGulum.butik

Ekskluziv,təravətli güllər və buketlər zövqünüzü oxşayacaq!

Ən münasib qiymət bizdə!

Əlaqə üçün: (WhatsApp) 012 371 80 90/055 379 99 40/077 399 68 89 (İnstagram.com)⬇ ➡@zehragulum.butik
Bakıda fahişə yanına gedən kişi şoka düşdü - qadın trans çıxdı
Tarix: 4-11-2018, 18:51 | Saat: 15:47:00
Bölmə:Karusel / Hadisə | çapa göndər


Bakılı cinayətkarlar pul qoparmağın ən yaxşı üsullarından biri kimi sosial şəbəkədə rüsvay olmağı sınaqdan keçirirlər. 

Xeberaz.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Nəsimi rayonu Polis İdarəsindən məlumat verilib.

Belə ki, Bakıda bu günlərdə baş verən hadisəyə həm gülmək, həm də kədərlənmək olar. Nəsimi rayonundakı 19-cu Polis bölməsinə şantaj qurbanı olmuş bir şəxs müraciət edib. Şikayətçi, 1994-cü il təvəllüdlü Göygöl rayon sakini E.M. (adı etik səbəblərdən çəkilmir) olub.

Gənc oğlan bildirib ki, gecə saat 2 radələrində Cavadxan küçəsində naməlum kişinin ondan 50 manat tələb edib. Əks halda cinayətkar onu biabır edəcək kadrları sosial şəbəkədə yayacağı ilə hədələyib. Zərərçəkmiş tələb olunan məbləği verib, lakin bundan sonra polis idarəsinə gedib…

Araşdırma zamanı hadisənin detalları məlum olub. Belə ki, zərərçəkmiş fahişə ilə olmaq üçün "sutenyor"a müraciət edib. Sonuncu da ona müvafiq "qadın"ı təqdim edib. Lakin fahişə ilə "yaxından tanış olarkən" zərərçəkmiş onun qadın yox, transseksual olduğunu aşkar edib. Qanı qaralan E.M. dərhal oranı tərk edib. Lakin küçədə onun qarşısını kəsən naməlum kişi E.M-in məlum görüşündən videokadrlara malik olduğunu bildirərək pul tələb edib.

Zərərçəkmiş həmin pulu ödəyib. O iddia edir ki, həmin görüşdə heç bir intim əlaqə olmayıb, lakin onları soyunarkən videoya çəkə bilərmişlər. Şantajçı hələ tutulmayıb, onu axtarırlar. Polisdə güman edirlər ki, şantajçı ilə sutenyor eyni adam ola bilər.

Tanınmış psixiatr Fuad İsmayılovun Sputnik Azərbaycan-a bildirdiyinə görə, son zamanlar Azərbaycanda hədə-qorxu və şantaj yolu ilə pul tələb etmə halları artıb. Lakin burada əsas analoji cinayətlərin artması deyil, zərərçəkmişin davranışıdır. Niyə şantajçı ilə rastlaşan insan qorxaraq onun tələblərini yerinə yetirir?

"Biz rəqəmsal texnologiyalar dövründə yaşayırıq və müxtəlif növ fırıldaqçılar onlardan öz maraqları üçün istifadə edirlər. Əgər 15-20 il əvvəl qəzerlərdə ən vacib xəbərləri oxuyurduqsa, indi insanlar KİV-də istənilən məlumatı paylaşırlar. Bir hadisə olan kimi hamı xəbər tutur. Sosial şəbəkələr də KİV sayılır", — psixiatr bildirib.

Onun sözlərinə görə, sosial şəbəkələr böyük təhlükədir, çünki hamımız bu texnologiyaların təzyiqi altındayıq. İş ondadır ki, bu gün rəqəmsal texnologiyanın köməyi ilə insanın şəklinin başına oyun açmaq olar. Hətta bu adam heç kimin qarşısında soyunmasa belə.

"Şəkli proqram vasitəsilə dəyişərək yazmaq olar ki, bu adam hansısa biabırçı əməli törədib. Bu yalan olsa da, öz işini görəcək. İnsan haqqında pis fikir yaranacaq və bunun nəticələri olacaq. Ağıllı adam polisə gedib şantajçının cəzalanmasına nail olmalıdır. Ənənəvi Azərbaycan ailəsindən olan gənc oğlan və yaxud əri qısqanc olan qadın şantajçıya pul vermək yolunu seçəcək", — İsmayılov izah edib.

Zərərçəkmişlər bəzən hətta hansısa "məsum" şəkillə şantaj olunanda da pul ödəyirlər. Psixiatr qeyd edib ki, bu çox ciddi problemdir — bu özəl həyata müdaxilədir. Ona görə belə hallarda şantajçının tələblərini yerinə yetirmək əvəzinə mütləq polisə müraciət etmək lazımdır.
шаблоны для dle 11.2

3818 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___