Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>

ZehraGulum.butik

Ekskluziv,təravətli güllər və buketlər zövqünüzü oxşayacaq!

Ən münasib qiymət bizdə!

Əlaqə üçün: (WhatsApp) 012 371 80 90/055 379 99 40/077 399 68 89 (İnstagram.com)⬇ ➡@zehragulum.butik
Azərbaycanda kişilər atalıq məzuniyyətinə çıxa biləcək - ŞƏRH
Tarix: 4-11-2018, 15:59 | Saat: 15:47:00
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

 

Azərbaycanda kişilərə də ödənişli atalıq məzuniyyətinin verilməsi təklif edilir.
Bunu  açıqlmasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Seymur Məmmədov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda adət-ənənələrlə bağlı kişilərin atalıq məzuniyyətinə çıxması birmənalı qarşılanmır:
“Biz gözümüzü açanda atalarımızı evə qazanc gətirən şəxs kimi görmüşük. Atalar mənzuniyyəti anlayışı son dövlərdə qərbdən gələn tendensiyadır. Xaricdə bir çox ölkələrin qanunvericiliyindən asılı olaraq 70 gün öncə və daha artıq verilən məzuniyyət günləri var.
Sözügedən ölkələrdə məzuniyyət günləri ödənişlidir. Azərbaycanın Əmək Məcəlləsinə əsasən, həyat yoldaşları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə iki həftə (atalıq məzuniyyəti), ailədə hər hansı problem olarsa və ya xüsusi baxıma ehtiyacı olan başqa xəstə varsa, kişi bu məzuniyyəti götürə bilər. Beynəlxalq təşkilatların tələb və tövsiyələrinə əsasən, 14 gün olan atalar məzuniyyəti ödənişli əsaslarla həyata keçirilsin”.
Seymur Məmmədov qeyd edib ki, bu məsələdə insanlar düzgün istiqamətlənməlidir ki, cəmiyyətdə yanlış rəy formalaşmasın:
“Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün valideynlərin məzuniyyət müddətinin uzadılması labüddür. Təklif parlamentdə müzakirə olunur. Yekun fikrin söylənməsi gözlənir. Qanunvericilikdə bu məsələ qeyd edilib. Sadəcə olaraq işlək vəziyyətə gətirmək lazımdır. Bu da ondan irəli gəlir ki, son dövlət bu məsələ öz aktuallığı ilə seçilir. Ümid edirik ki, müsbət rəy veriləcək”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial siyasət şöbəsinin müdir müavini Əbülfət Məhərrəmovun sözlərinə görə, Əmək Məcəlləsində məzuniyyət “qismən ödənişli sosial məzuniyyət” adlanır:
“Bu hüquq valideynə uşağın 3 yaşı tamam olana qədər veriləcək. Məzuniyyətdən həm kişilər, həm də qadınlar istifadə edə biləcəklər. Yəni qarşılıqlı razılıq əsasında məzuniyyət valideynlərdən birinə veriləcək.
Layihədə artıq bu məzuniyyətə görə veriləcək məbləğlər də müəyyən edilib. Belə ki, 2018-ci ilin mart ayının birindən uşağın 1,5 yaşına qədər 44 manat, yaşyarımdan üç yaşa kimi 27 manat 50 qəpik dəyərində isə məzuniyyət pulu nəzərdə tutulub. Qanunvericilikdə nəzərdə tutulub ki, ailənin uşağa baxan digər üzvü də baxa bilər.
Əbülfət Məhərrəmov bildirib ki, istər qadın, istərsə də kişi qismən ödənişli sosial məzuniyyət hüququndan hissə-hissə və növbəlilik prinsipi əsasında istifadə edə biləcəklər:
“Əgər ailədə işləyən kişi məzuniyyətdən istifadə edərsə, işə götürənə müraciət etməlidir. Bu halda təbii ki, qanunvericilikdə bu məzuniyyət valideynlərdən birinə verildiyi üçün qadın iş yerindən arayış təqdim etməlidir ki, o məzuniyyətdən istifadə etməyəcək.
Vətəndaşlar uşaqların böyüməsində qadın və kişilərin məsuliyyəti bərabər olduğu üçün kişilərə də ödənişli atalıq məzuniyyəti verilməsini vacib hesab edirlər”.
Qeyd edək ki, bu təklif BMT-nin Əhali Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə hazırlanmış “Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyətı cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı”nın layihə sənədində qeyd edilib.
Xatırladaq ki, hazırkı qanunvericilikdə atalara yalnız ödənişsiz əsaslarla atalıq məzuniyyətinin verilməsi nəzərdə tutulub.шаблоны для dle 11.2

808 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___