Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: nişandan gələnlər körpüdən aşdı, bir ailənin 5 üzvü...
Tarix: 01-11-2018 | Saat: 16:47
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər

 
Tovuzda bir ailənin 4 üzvünün yaralandığı yol qəzası ilə bağlı bəzi məqamlar aydınlaşıb.
Rayonun Bayramlı kənd sakini olan 1967-ci il təvəllüdlü Qasımov Rəhim Mikayıl oğlu idarə etdiyi "VAZ" markalı avtomobillə qonşusu Cəfərov Rəşid Kamil oğlu, onun qızı Xəyalə, qardaşı Cəmil və qardaşının həyat yoldaşı Samirəni yaxınlıqdakı kənddə keçirilən nişan mərasiminə aparıb. Məclisdən sonra Bayramlı kəndinə qayıdarkən R.Qasımov avtomobilin idarəetməsini itirib və Əsrik dərəsində maşını çaya aşırıb.
Qəza nəticəsində avtomobildəki şəxslərin hamısı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
*****
15:24
Tovuzda bir ailənin 5 üzvü olan avtomobil körpüdən aşıb.
Hadisə rayonun Bayramlı kəndi ərazisində baş verib.
Kənd sakini, 1967-ci il təvəllüdlü Qasımov Rəhim Mikayıl oğlu idarə etdiyi "VAZ" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və kənd ərazisindəki körpüdən çaya aşıb.
Hadisə nəticəsində sürücü və avtomobildə olan sərnişinlər - Bayramlı kənd sakinləri, 1987-ci il təvəllüdlü Cəfərova Xəyalə Rəşid qızı, 1971-ci il təvəllüdlü Cəfərov Cəmil Kamil oğlu, 1962-ci il təvəllüdlü Cəfərov Rəşid Kamil oğlu və1976-cı il təvəllüdlü Cəfərova Samirə Əli qızı müxtəlif dərəcəlki bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Yaralılardan X.Cəfərovanın vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş

7138 dəfə oxunub.

Digər xəbərlər
2-07-2015, 21:00 AVRO LİQADAN XƏBƏR VAR

bütün xəbərlər
____ Instagram ___