Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Həbsxanadakı “kedicik” məktub yazdı: “Yeganə günahım sevməkdir”
Tarix: 01-11-2018 | Saat: 10:38
Bölmə:Karusel / Hadisə / Dünya | çapa göndər

Həbsxanadakı “kedicik” məktub yazdı: “Yeganə günahım sevməkdir”

Adnan Oktar qruplaşmasının həbs edilən "kediciyi" Tülay Kumaşçı həbsxanadan məktub yazıb.


Xeberaz.az xəbər verir ki, Tülay məktubunda günahsız olduğunu iddia edib:

"Həbs edildikdən sonra Bakırköy həbsxanasına göndərildim. İçəri girəndə dizayner olan xanım məhkumlardan biri yanıma gəlib "Bir insanı sevmək niyə günah olsun ki" dedi. Mən də ona "Bəli, düz deyirsən, tək günahım sevməkdir" dedim. Əslində, hamı heç bir günahın olmadığını bilir".

Kumaşçı məktubuna belə davam edib:
"Allah mənə Yusif Mədrəsəsini nəsib etdi. Nə gözəl bir bəxtim var. Buradakı ən böyük çatışmazlığım intizardır. Canım Adnanı və dostları görə bilmirəm, söhbət edə bilmirəm. Ədalətə güvənirəm. Hamı bunu bilsin ki, hər birimiz bəraət alacağıq".

Həbsxanada şərtlərin məhdud olduğunu yazan "kedicik" belə davam edib:

"Bəzi kameralarda növbəylə yatırıq. Bu məhdud imkanlara rəğmən çox şirin, ana şəfqəti ilə bizə münasibət göstərən müdir xanım var. Həbsxana müdiri də nəzakətli, anlayışlı bir xanımdır. Hər biri gözəl insanlardır. Bu həyatım barədə roman yazmağı düşünürəm. Mən 10 nəfərlik otaqda Tuba Babuna ilə qalıram".


Xəbəri paylaş

4778 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___