Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda uşaqların internetdən istifadəsinə nəzarət edən YENİ PROQRAM
Tarix: 01-11-2018 | Saat: 10:24
Bölmə:Karusel / Gündəm / Texnologiya | çapa göndər

Azərbaycanda uşaqların internetdən istifadəsinə nəzarət edən YENİ PROQRAM

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə "Uşaqların internet təhlükəsizliyi" layihəsi çərçivəsində "Valideyn nəzarəti və internet təhlükəsizliyi" proqramı (kidsafe) yaradılıb.
 
Komitədən verilən məlumata görə, proqram Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsinin tövsiyələrinə əsasən hazırlanıb. Proqram təminatı uşaqların internet məkanında müdafiəsinə, valideynlərin uşaqların daxil olduğu elektron səhifələri və sorğuları haqqında məlumatlandırılmasına xidmət edəcək.
 
İcra edilən tədbirlər Hökumətin Uşaq Hüquqları haqqında Konvensiyaya dair hesabatında əks etdiriləcək. Sadalanan problemlərin aradan qaldırılması uşaqların inkişafına, təhsilinə təsir göstərəcək. "www.kidsafe.az" proqramı 1000-dən çox pornoqrafik, ekstremist amillər, zorakılıq, spam və virus xarakterli və s. kimi filtrləmə məlumat bazası, tam formada qoruyucu funksiya ilə təmin olunub.
 
Proqram istifadəçi tərəfindən spesifik filtrləmə funksiyasının yerinə yetirilmə imkanı da yaradır. Proqramda uşağın istifadəsi zamanı "keylogger" sistemi işə düşərək istifadə etdiyi vebsaytlar, proqramlar və sözlər kimi istənilən məlumatlar qeyd edilərək valideynə ötürülür. Kompüterə uzaqdan vaxt limiti təyin etmək kimi funskiyası da yüksək formada çalışır. Sistemdə əlavə olaraq boş vaxt modulundan irəli gələrək bloq sistem də yaradılıb ki, onunla səhiyyə, psixoloji aspektlər, hüquqi maarifləndirmə, sual-cavab kateqoriyalar üzrə məlumatlar yerləşdirmək mümkündür.
 
Proqram təminatı "E-Box" şirkətinin texniki dəstəyi ilə hazırlanıb.


Xəbəri paylaş

5108 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___