Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu cür pomidorlar ciddi təhlükə mənbəyidir - DİQQƏT
Tarix: 28-10-2018 | Saat: 11:04
Bölmə:Karusel / Hadisə | çapa göndər


Paytaxtda satışda üzərində ağ düyünlər olan pomidorlar var. Ekspertlər belə pomidorların xərçəng xəstəliyinə səbəb ola biləcəkləri barədə xəbərdarlıq edirlər.

Xeberaz.az "XəzərXəbər”a istinadən məlumatverir ki, pomidora oxşasa da, üzərində ağ rəngdə olan bu yumru hissələr onun tərkibi ilə bağlı ciddi şübhələr yaradır.

Bu qəribə görünüşlü pomidorlar paytaxt küçələrində satılır. Nicat adlı paytaxt sakini də onu 7-ci mikrorayon ərazisindən alıb.

Nicat deyir ki, pomidoru satan şəxs yumruların zərərsiz olduğunu desə də, o, bu tərəvəzin tərkibini araşdırmaq qərarına gəlib. Ekspertlər ona bu cür pomidorların ciddi təhlükə mənbəyi olduğunu deyiblər.

Məsələ ilə bağlı danışan qida mühəndisi İsa Əliyev deyir ki, pomidorun üzərindəki bu hissəciklər zərərli kimyəvi tərkibli dərmanlardan istifadə nəticəsində meydana gəlib və istehlak üçün zərərlidir. Üstəlik, belə məhsullar xərçəng xəstəliyinin yaranmasına, hətta oğlan və qızlarda yetkinliyin erkən yaşlarda başlamasına belə gətirib çıxara bilir. İsa Əliyevin sözlərinə görə, zərərsiz pomidoru digərlərindən fərqləndirməyin sadə yolları var.

Qida Təhlükəsizliyi Agentliyindən isə "XəzərXəbər”ə bildirildi ki, hansısa qidada şübhəli halla rastlaşan vətəndaşlar qurumun 1003 qaynar xəttinə zəng edə bilərlər. Bundan başqa, vətəndaşlar Qida Təhlükəsizliyi İnstitutuna da müraciət etməklə şübhəli məhsulun tərkibini yoxlatdıra bilərlər. Çünki yalnız labarator analizlərdən sonra məhsulların tərkibi barədə dəqiq məlumat vermək mümkündür.


Xəbəri paylaş

4888 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___