Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu il Azərbaycanda 497 nəfər İİV-ə yoluxub
Tarix: 26-10-2018 | Saat: 13:21
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

 
2018-ci ilin 9 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 497 nəfər təşkil edib ki, onlardan 482-i (96,9%) Azərbaycan vətəndaşı, 15-i (3,1%) isə əcnəbilərdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan Trend-ə verilən məlumata görə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar olunmuş 1987-ci ildən bu ilin oktyabrın 1-ə kimi Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 7249 nəfər qeydiyyata götürülüb ki, onlardan 7014-ü (96,8%) Azərbaycan vətəndaşı, 235-i (3,2%) isə əcnəbidir, İİV-ə yoluxmuş insanların 5271-i (72,7%) kişi, 1978-ü (27,3%) qadındır.
İİV-ə yoluxması təsdiq olunmuş 7249 nəfərdən 3144-də (43,4%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib, onlardan 2262 (72%) nəfər dispanser qeydiyyatındadır. Oktyabrın 1-ə kimi ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 4757 nəfər təşkil edib ki, onların da 1901 nəfəri İNİ olub. Cari ilin 9 ay ərzində isə ART-yə cəlb olunan 550 pasiyentdən 96 nəfərində İNİ aşkar edilib.


Xəbəri paylaş

4998 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___