Mərminin partlaması nəticəsində yaralananlardan ikisi istirahətə gedən uşaqlardır
Tarix: 14-07-2015 | Saat: 13:19
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Bakıdan istirahətə gedən uşaqlar xəstəxanalıq oldu.
Ans press-in əldə etdiyi məlumata görə, Tovuz rayonunun cəbhə xəttinə yaxın yerləşən Əlibəyli kəndində partlamamış mərmi fəlakətə səbəb olub.
Tovuz Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Bunlar Bakı şəhər Nərimanov rayon sakini 2007-ci il təvəllüdlü Xanbabayev Tuncay Rövşən oğlu, onun bacısı 2003-cü il təvəllüdlü Xanbabayeva Nərmin və qohumları 1971-ci il təvəllüdlü Əlibəyli kənd sakini Əliyeva Dürdanədir.
Partlayış Xanbabayev İslam Salman oğluna məxsus evdə axşam saatlarında baş verib.
Yaralılar dərhal Tovuz mərkəzi rayon xəstəxanasına çatdırılıblar. Daha sonra uşaqlar həkimlərin müşayiəti ilə Bakıya göndəriliblər. D.Əliyevanın vəziyyəti isə nisbətən yüngül olduğu üçün o Tovuz xəstəxanasında müalicəsini davam etdirir.
Xatırladaq ki, Əlibəyli kəndi təmas xəttinə ən yaxın olan kəndlərdən biridir. Ermənilər müntəzəm olaraq adıçəkilən istiqamətdə atəşkəs rejimini pozur, mülki vətəndaşları, evləri atəşə məruz qoyurlar. Mart ayında da partlamamış sursat Əlibəylidə partlayışa səbəb olmuşdu.
Xəbəri paylaş
6388 dəfə oxunub.
Digər xəbərlər

1-06-2016, 06:46
Gəncə sakini bıçaqlandı
28-12-2022, 11:27
12 arvadı olan ərdən gözlənilməz qərar - Qadınlara qəribə tələb irəli sürdü - FOTO
7-10-2023, 10:07
Zəlzələ mütəxəssisindən qorxunc XƏBƏRDARLIQ - 7 bal gücündə...
13-03-2017, 11:00
Sumqayıtda 20 mikroavtobus xəttən çıxarıldı
10-04-2015, 15:25
İlhamə Quliyeva ona “şah” titulu verdi
30-09-2016, 09:27
Toydan qayıdan ailə “sürpriz”lə qarşılaşdı VİDEO
13-08-2017, 12:10
Tarixə qovuşan sevgi məktubları - Texnikanın öldürdüyü hisslər
5-07-2021, 10:10
Xəzərdə partlayış baş verən yerdən YENİ görüntülər - VİDEO
25-12-2016, 16:29
Ağaxan Abdullayev oğlunun toyundan 10 gün sonra vəfat etdi
30-09-2016, 10:10
Kremlin ehtiyat planı işə düşür: Ermənistan gec-tez...