Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qorxudan doğan xəstəlik və........ (+18 qadınlar oxusun)
Tarix: 14-07-2015 | Saat: 13:16
Bölmə:Karusel / Qadınlar / Səhiyyə / M2 | çapa göndər

Qorxudan doğan xəstəlik və........ (+18 qadınlar oxusun)

Vaginizm haqqında çox eşitmisiniz. Aranızda bu problemi yaşayanlar da az deyil.

Vaginizm xəstəliyi cinsi əlaqə zamanı ön sevişmədə heç bir problem yaşamayan, hətta zövq alan qadınlarda cinsi birləşmə zamanı penisin vaginaya daxil ola bilməməsi və qadınların bu əsnada ağrı yaşaması problemidir.

Mütəxəssislərin fikrincə, vaginizm təkcə cinsi əlaqə zamanı sıxıntının yaşanması deyil, normal vəziyyətdə belə, vaginaya toxunmağın mümkünsüzlüyü deməkdir.

Ginekoloq Yayla Babayevanın sözlərinə görə, cinsi əlaqə zamanı vaginal sıxılma nəticəsində cinsi birləşmə ya heç olmur, ya da ağrılı şəkildə reallaşır. Bəzən vaginaya penisin sadəcə uc qismi girir və bu halda belə, hamilə qalmaq mümkündür: “Cinsi əlaqə zamanı sıxılmalar müxtəlif səviyyədə ola bilər. Vaginizm sıxılması zamanı qıçlar, omba bel, kürək və hətta vaginizm probleminin dərəcəsinə uyğun olaraq ayaq barmaqlarda da sıxılmalar müşahidə edilə bilər. Sıxılmaların səviyyəsi vaginizmin dərəcəsini müəyyən edir. Bəzi vaginizm xəstələrində sıxılmalar özlərinin belə, fərq edə bilməyəcəyi şəkildə olur”.

Bəzi qadınlarda vaginizm elə ilk toy gecəsindən başlayır. Bu qorxu ilə cinsi əlaqəyə girən qızlarda sıxılmalar böyük ağrılara səbəb olur. Sonradan cinsi əlaqəyə qarşı istəksizlik yaranır. Vaginizm zamanı sıxılmalar qadının idarəsi altında olmur.

Həkim bildirir ki, bəzi xəstələr penisin uc hissəsinin vaginaya daxil olmasına icazə versələr də, bəzi xəstələrdə heç bu da mümkün olmur.
Vaginizm xəstəliyi 90 faiz halda psixoloji problemlərlə, 10 faiz isə orqanik səbəblərlə (doğuş sonrası yaranan problemlərlərlə və ya sonradan keçirilən xəstəliklərlə) meydana gəlir.

Y. Babayeva deyir ki, vaginizm iki formada olur. Primer vaginizm (ilkin) istəksiz vaginal sıxılma səbəbi ilə heç bir cinsi əlaqəyə girə bilməmə halıdır. Primer vaginizm yaşayan qadınlar heç bir zaman cinsi əlaqəyə girə bilmirlər. Vaginizmdən əziyyət çəkən qadınların böyük bir hissəsi məhz primer vaginizm xəstəsidir.

Sekonder vaginizm isə ikincili vaginizm deməkdir. Çox zaman normal cinsi həyatı olan qadınlar sonradan həkimə cinsi əlaqəyə girə bilməmə şikayəti ilə müraciət edir. Sekonder vaginizm çox az halda yaşanılan bir haldır. Çox zaman ağrılı doğuş, ağrılı abort və ya zorlanma hadisəsindən sonra meydana gələ bilər.

Vaginizm düzgün diaqnoz qoyulduqda sağala bilən problemdir.

Psixoterapevt Nihad Məmmədovun sözlərinə görə isə, vaginizm qadının qorxularına qarşı inkişaf etdirdiyi müdafiə cavabıdır: “Birləşmə zamanı vaginizmli qadınlar tərləmə, titrəmə, narahatlıq, ürək bulantısı, qarın ağrısı, qıçları bağlama, bədəni sıxma, qaz buraxma, nəfəsi tutma, ağlama, dayanma üçün yalvarma, qışqırma, qarşısındakını itələmə kimi əlamətlər nümayiş etdirir. Bunların hamısı deyil, bir neçəsi eyni anda müşahidə edilə bilər. Bu, qadından asılıdır”.

Həkim bildirir ki, vaginizm çox zaman günahkarlıq, utancaqlıq duyğusu ilə yanaşı inkişaf edir. Vaginizm problemi yaşayan qadınlarda ağrıdan qorxma, qaçma, depressiya, çarəsizlik, xəyal qırıqlığı, evliliyin bitə bilməsi düşüncəsi, cinsi istəksizlik və soyuqluq, cinsi əlaqənin təxirə salınması davranışları da müşahidə edilir. Qadın problemini danışmaqdan çəkinir və “dünyada bu problemi yaşayan tək qadın mənəm”, - deyə düşünür.

Hər qadın vaginizmdən eyni səviyyədə təsirlənmir. Bəzi qadınlar tampon istifadə edə, həkim müayinəsindən keçə, transvagianal USM etdirə bilir, təkcə cinsi əlaqə zamanı sıxılma yaşayır. Bəzi qadınlar çox ağrılı olsa da, birləşmə yaşaya bilir. Bəziləri isə heç birini edə bilmir: “Cinsi əlaqə zamanı öz genital bölgəsinə baxa, ona toxunma, genital bölgəni yox sayma bu qadınların yaşadığı problemlərdəndir. Müalicəsi asan və az müddətlidir. Bu, təkcə qadının deyil, ailənin problemidir. Fizioloji narahatlığın olub-olmadığını öyrənmək üçün əvvəlcə ginekoloq müayinəsi lazımdır. Bundan sonra bir terapistə müraciət edilməlidir. Müalicəyə qadın həyat yoldaşı ilə getməlidir”.
Vaginizm müalicəsində bir çox fərqli texnikalardan istifadə edilir. Bu, vaginizmin yaranma səbəblərindən asılıdır.
Vaginizm zamanı problem yalnız penisin vaginaya girməməsi deyil. Yəni bu, orqanlarla bağlı bir problem deyil. Bu, ruhun, beynin və bədənin ortaq problemidir.
Və bu, çox zaman güvənsizlikdən, inamsızlıqdan, sevgisizlikdən yaranır. Çünki qadın sevən zaman bütün hissləri ilə qarşısındakı insana açılır. Sevgi olmadığı zaman isə vaginizmlə yanaşı bir çox reflektor xəstəliklər müşahidə edilə bilər.


Xəbəri paylaş

3 6558 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___