Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Restoranların iyrənc üzü: başqalarının artığını bu yolla... - MÜTLƏQ OXUYUN!
Tarix: 18-10-2018 | Saat: 14:31
Bölmə:Karusel / M2 / Araşdırma | çapa göndər

Restoranların iyrənc üzü: başqalarının artığını bu yolla... - MÜTLƏQ OXUYUN!

Məşhur "Reddit" saytından istifadə edən və müxtəlif restoranlarda çalışan baş aşpazlar, ofisiantlar və inspektorların danışdığı həqiqətlər dünya mediasını bir-birinə qatıb. Cəmiyyətdə istirahət etmək üçün çoxsaylı restoranlar, əyləncə mərkəzləri var. İnsanlar düşünür ki, onları bir-birindən ayıran əsas cəhət isə keyfiyyət məsələsidir. Keyfiyyətin göstəricisi isə qiymətlərdir. Əminəm ki, hər kəs bu fikirlə razıdır. Amma sən demə, bütün bunların heç bir önəmi yoxdur. A-dan Z-yə qədər bütün restoranlarda xidmət eynidir. Məsələnin nədən getdiyini öyrənmək istəyirsinizsə, yazını diqqətlə oxuyun:

Xeberaz.Az  xəbər verir ki, sizə məşhur aşpaz və ofisiantların danışdıqları dəhşətli həqiqətləri təqdim edir:

1. "Adətən onlarda kif var"

"Qida məhsulları üzrə inspektor kimi çalışan şəxslərdən biri deyib ki, restoranlarda açıq bakallarda pivə sifariş vermək düzgün deyil. Çünki, həmin pivənin süzüldüyü çəlləyin kranı heç vaxt təmizlənmir. Ona görə də orada çoxsaylı bakteriyalar, kif toplanır. Hər yeni sifarişdə müştərilərə kifli kranlardan axıdılan pivələr verilir".

2. "Sizin yerinizdə olsam, heç vaxt restoranda toyuq sifariş etmərəm"

"Restoranda baş aşpaz kimi çalışmışam. Təəssüf ki, bu problem bütün restoranlarda var. Gətirilən toyuq ətlərinin təmizliyinə riayət edilmir. Əgər nə vaxtsa, hansısa restoranda toyuq sifariz etsəm, onu diqqətlə yoxlamadan, bir tikə belə dişləmərəm".

3. "Mən şorbalardan çəkinirəm"

 

"Mən restoranlarda təklif edilən şorbalardan ehtiyat edirəm. Əgər o restoran xüsusilə müxtəlif çeşidli şorbaların hazırlanması ilə məşğul deyilsə, mən orada şorba içmərəm. Mən kulinariya sahəsində təhsil almışam və uzun illər restoranda çalışmışam. Stajım mənə imkan verir ki, tələsik hazırlanmış keyfiyyətsiz şorbalarla, yüksək səviyyədə əla çeşidlə hazırlanmış şorbanı ayırd edə bilim".

4. "Boşqabların içərisində qalan yeməklərin qalıqları yenidən istifadə edilir"

"Buna inanmaq çətin olsa da, vəziyyət budur. Əgər siz restoranda balıq sifariş vermisizsə, onu sonuna qədər yeyin. Əmin olun ki, sizin qabınızdan qalan artıqlar yaxınlıqdakı masanın növbəti sifarişidir. Bir dəfə bizim restoranda bir müştərinin sifariş etdiyi balığın qalıqlarını götürüb içərisinə əlavə inqrediyentlər əlavə edildi. Nəticədə hisə verilmiş balıq əsrarəngiz sousla hazırlanmış balıq salatına çevrildi. Bu isə kifayət qədər baha qiymətlə yan masanın sifarişi kimi təqdim edildi".

5. "Şəbəkə restoranlarında yemək yeməyin"

"Məsləhət edərdim ki, şəbəkə restoranlarından uzaq olasınız. Əks təqdirdə sizi yuxarıda sadalananlardan da iyrənc menyu gözləyir. Bu kimi restoranlarda bəzən aşpazlar belə olmur. Uzaq məsafədən bişirilmiş qidalar göndərilir, buzluqda saxlanılır və təbii olaraq keyfiyyət dərəcəsini itirdikdən sonra hansısa müştəriyə təklif edilir. Bu isə sağlamlığınız üçün risklidir".(publika)



Xəbəri paylaş

7048 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___