Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Krediti olanlar bu xəbəri mütləq izləsin! (VİDEO)
Tarix: 14-07-2015 | Saat: 11:42
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm / M2 / Xəbəraz TV | çapa göndər

Krediti olanlar bu xəbəri mütləq izləsin! (VİDEO)

Kredit ödənişini sonuncu günə saxlamayın.

Xeberaz.az-ın Xezerxeber-dən aldığı məlumata görə Bəzən vətəndaşlar aylıq kredit borcunu sonuncu ödəniş günü banka ödəyir. Ancaq məbləğ sistemə həmin gün yox, ertəsi gün köçürülür. Nəticədə müştəriyə əlavə faiz hesablanır. Buna səbəb nədir və kredit götürmüş şəxslər belə hallara qarşı hansı tədbirləri görməlidirlər? İndi biləcəksiniz.

Kredit ödənişini sonuncu günə saxlayanların bir çoxu bu problemlə üzə-üzə qalır. Aylıq borcun hamısı və ya bir qismi ödənilir, ancaq bank ödənişi gecikmiş kimi qeydə alır və əlavə faiz hesablayır. Bank mütəxəssislərinin sözlərinə görə, bu hal daha çox nağd ödənişlərdə müşahidə olunur.

Nağd ödənişlə yanaşı vətəndaşlar kredit borcunu internet vasitəsilə elektron qaydada və ya terminallar vasitəsilə plastik kartlarla ödəyə bilər. Bu zaman məbləğin sistemə köçürülməsi daha tez baş verir.

Bəzən isə müştəri borcun bir hissəsini vaxtında ödəyir, digər hissəsini növbəti aya saxlayır. Ancaq cərimə faizi qeydə alınarkən, ödənilmiş hissə nəzərə alınmır və bütöv aylıq borca hesablanır. Qeyd olunan problemlərlə qarşılaşmamaq üçün aylıq borcu son tarixdən 2 gün əvvələ qədər, tam məbləğlə ödəmək tövsiyyə olunur.


Xəbəri paylaş

8458 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___