Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Mən qələt eləmişəm" - Qızını erməniyə verən diaspor sədri -Fotolar
Tarix: 08-10-2018 | Saat: 11:28
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər


Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin Moskva Regional bölməsinin adı daha çox qalmaqallarda hallanan sədri Ağadadaş Kərimov "Nar bayramı”nda təxribata əl atıb.

Xeberaz.az Diaspor.az-a istinadən xəbər verir ki, A.Kərimovun Azərbaycan mədəniyyətinə həsr olunmuş "Qranat” ümumşəhər "Nar bayramı” ilə bağlı keçirdiyi tədbirdə qarşıdurma yaranıb. "Nar bayramı”nın Kərimov tərəfindən Azərbaycan adına layiq şəkildə keçirilməməsi həmyerlilərimiz tərəfindən haqlı olaraq etiraza səbəb olub.

Tədbirdə Ermənistanla bağlı bəzi eksponantların nümayiş olunması azərbaycanlılar tərəfindən qəzəblə qarşılanıb. Bununla yanaşı, Azərbaycan dəyərləri adı altında keçirilən tədbirdə Azərbaycan bayrağı və Azərbaycana aid heç bir eksponatların nümayiş olunmaması həmyerlilərimizin təəccübünə səbəb olub.

Kərimovun bu tədbiri erməni diaspor təşkilatları ilə birlikdə həyata keçirməsi məlum olduqdan sonra həmyerlilərimiz sivil şəkildə öz etirazlarını bildiriblər. Yeni imic formalaşdırmaq naminə Rusiyadakı azərbaycanlılar arasında nüfuz qazanmağa çalışan Kərimovun erməni və separatçı təşkilatlarla birlikdə "Nar bayramı” adlı tədbir keçirməsi ifşa olunub. Bu addımına görə həmyerlilərimizin tədbir zamanı tənqidinə tuş gələn diaspor sədri bütün planlarının ifşa olunduğunu gördükdə provakasiyaya əl atıb. Belə ki, o, erməni əqidədaşları ilə birlikdə birləşərək tədbirdə iştirak edən azərbaycanlıları uzaqlaşdırmağa çalışıb. Eyni zamanda, separatçı təşkilat nümayəndələrini köməyə çağıraraq erməni diaspor nümayəndələri ilə birlikdə azərbaycanlıları təhqir edərək öz çirkin tədbirinin əsl mahiyyətini üzə çıxarıb.

Daha sonra hadisə yerinə Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşlarını çağıran Kərimov tədbir iştirakçısı olan azərbaycanlıların həbs olunmasını tələb edib. Amma buna baxmayaraq, həmyerlilərimiz sivil şəkildə etiraz etdiklərini bildiriblər. O, tədbirdə dəfələrlə təxribata əl atsa da, onun bu cəhdləri uğursuz olub. Tədbir Kərimovun yaxın dostları olan erməni və separatçıların Azərbaycan əleyhinə səsləndirdikləri şüarla sona çatıb.

Xatırladaq ki, A. Kərimov bir müddət əvvəl qızını erməni oğlana ərə verdikdən sonra azərbaycanlıların qəzəbinə tuş gəlmişdi. O, erməni ilə qohum olduğuna görə qürur hissi keçirdiyini bildirmişdi. Eyni zamanda, Qarabağ haqqında səsləndiyi fikir isə ictimaiyyətdə birmənalı qarşılanmamışdı. O, qarabağlı olmadığını və buna görə də, Dağlıq Qarabağda döyüşməyi düzgün hesab etmədiyini vurğulamışdı.


Xəbəri paylaş

4828 dəfə oxunub.

Digər xəbərlər
15-03-2016, 11:02 Bu gün Bakıda konsert var

bütün xəbərlər
____ Instagram ___