Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Elə bildim dərman almağa pulu çatmır, nə bilim ev problemi var" - Xatirə
Tarix: 08-10-2018 | Saat: 10:45
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər


Müğənni Xatirə İslamın sosial şəbəkədə xərçəngdən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva ilə bağlı yazdığı şərh müzakirələrə səbəb olub. 

Xeberaz.Az-ın məlumatına görə, bir izləyicisi sənətçini aktrisaya maddi kömək etdiyi üçün qınayıb və bunları yazıb:


"Sizin səsinizə sözüm yoxdur, hər zaman var olun. Amma son zamanlar Tünzaləyə görə sizə qiymət verən böyük tamaşaçı kütləsini itirdiniz. Bundan sonra sizi dəyərli bildiyim müğənnilərin siyahısından silirəm".
 
Onun bu sözlərini Xatirə cavabsız qoymayıb. Müğənni Tünzalənin pulu ipoteka krediti üçün yığmasından xəbərsiz olduğunu etiraf edib:

"Niyə sildiniz məni? Pulu yığıb, cibimə qoydum? Yoxsa özümə paltar aldım? Mən elə bildim dərman almağa, müalicə olub sağalmağa imkanı çatmır və bunu etdik. Mən hardan bilim ki, onun ev problemi var? Məni belə şeylərə qarışdırmayın".

Xatirə daha sonra paylaşımına yazılan şərhləri bağlayıb və bu sözləri silib. 

Qeyd edək ki, T.Əliyeva üçün Xatirə müğənnilərdən pul yığıb "Bizimləsən" verilişində aktrisaya təqdim edib. "Toppuş bacı" ləqəbli aktrisa evinin kirayə pulunu ödəyə bilmədiyi üçün aparıcı Zaur Baxşəliyevin verilişinə gəlib və kömək istəyib.


Xəbəri paylaş

1 0808 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___