Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ABŞ-da Monterey-Lənkəran Dostluq Assosiasiyası yaradılıb - FOTO
Tarix: 04-10-2018 | Saat: 12:54
Bölmə:Karusel / Siyasət / Dünya / Foto-fakt | çapa göndər

ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində Monterey-Lənkəran Dostluq Assosiasiyası yaradılıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Milli.Az-a verilən məlumata görə, Assosiasiyanın icraçı direktoru Monterey Şəhər Şurasının sabiq üzvü Nensi Selfricdir. Təşkilatın İdarə Heyəti və Məşvərətçilər Şurasında Monterey şəhərinin tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimləri təmsil olunurlar.

Assosiasiyanın məqsədi Monterey və Lənkəran şəhərləri arasında münasibətlərin müxtəlif layihələr vasitəsilə qarşıdakı illərdə daha da gücləndirilməsi və inkişaf etdirilməsidir.


Qeyd edək ki, Monterey və Lənkəran şəhərləri hələ 2011-ci ildə qardaşlaşıblar. Ötən dövr ərzində iki şəhər arasında səfər mübadilələri, həmçinin Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun dəstəyi ilə Monterey şəhərində ölkəmizin təbliği və Azərbaycan həqiqətlərinin şəhər ictimaiyyətinə çatdırılması istiqamətində siyasi, iqtisadi və mədəni xarakterli müxtəlif tədbirlər həyata keçirilib, şəhərdəki Azərbaycan dostlarının sayı artıb.

Xatırladaq ki, ABŞ-ın tərkibinə daxil edilənədək Kaliforniyanın 19-cu əsrin birinci yarısında paytaxtı olmuş, Sakit Okean sahilində yerləşən qədim Monterey şəhəri Kaliforniyada bir çox "ilk"lərin, o cümlədən ilk qəzetin, teatrın, çap evinin, kitabxananın və dövlət məktəbinin vətənidir. Hazırda 30 minə yaxın əhalisi olan və Kaliforniyanın ictimai, siyasi və mədəni həyatında önəmli rol oynayan şəhər xüsusilə hərbi dənizçilik və xarici dillərin tədrisi sahələrində ixtisaslaşmış mühüm təhsil ocaqları ilə də məşhurdur. Bunların sırasında ABŞ Müdafiə Nazirliyinin Xarici Dillər İnstitutunu (Defense Language Institute) və ABŞ dəniz donanmasına məxsus olan Ali Dənizçilik Məktəbini (Naval Postgraduate School) qeyd etmək olar.

 


Xəbəri paylaş

4058 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___