Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
39 yaşı var, 38 uşaq dünyaya gətirib – Fotolar
Tarix: 29-09-2018 | Saat: 12:32
Bölmə:Karusel / Hadisə / Dünya / Maraqlı / Foto-fakt | çapa göndər


39 yaşı var, 38 uşaq dünyaya gətirib – Fotolar
38 yaşlı uqandalı Mariam Nabatantsinin 38 uşağı var. O, Şərqi Afrikanın “ən məhsuldar anası” hesab edilir.

Mariam həyat hekayəsini BBC-nin jurnalisti Kassim Kairlə bölüşüb.

Mariam 13 yaşında ərə verilib. Xoşbəxt ailə həyatından söhbət belə gedə bilməz. Əri tərəfindən dəfələrlə döyülən Mariam 44 uşaq dünyaya gətirsə də, onlardan 6-sı dünyasını dəyişib.

4 dəfə üçəm, 3 dəfə dördəm, 3 dəfə əkiz dünyaya gətirən qadının ən böyük oğlunun 23 yaşı var, kiçiyi isə 5 aylıqdır. Çoxuşaqlı ananın 28 oğlu, 10 qızı var. Onların hamısı təbii yolla doğulub. Yalnız sonuncu övladı qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib.

Mariam 23-cü uşağından sonra səhhəti ilə bağlı narahat olmağa başlasa da, yerli həkimlər indiyədək onun orqanizminin gücü ilə bağlı təəccüblüdürlər.

Təəssüf ki, qadının əri il yarım əvvəl onu və uşaqlarını tərk edib. Köməyə ehtiyacı olan Mariamın adına Feysbuk səhifəsi açılaraq ona və uşaqlarına dəstək kampaniyası başladılıb.

Səhifə 13 min dollar toplayaraq ailəyə verməyi hədəf seçib. Bu məbləğ çoxuşaqlı ailənin ehtiyaclarını qarşılayacaq. Mariamın uşaqlarından 14-ü ibtidai sinifdə, 10-u isə orta məktəbdə təhsil alır. Hər il onlara orta hesabla 1500 dollar vəsait tələb olunur.

39 yaşı var, 38 uşaq dünyaya gətirib – Fotolar
39 yaşı var, 38 uşaq dünyaya gətirib – Fotolar
39 yaşı var, 38 uşaq dünyaya gətirib – Fotolar



Xəbəri paylaş

7568 dəfə oxunub.

Digər xəbərlər
22-02-2016, 10:36 Cəbhədə nə baş verir?

bütün xəbərlər
____ Instagram ___