Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
NURLAN SƏFƏROV: "HƏDƏFİM AVROPA ÇEMPİONATINDAKI KİMİ, OLİMPİADADA DA QIZIL MEDAL QAZANMAQDIR”
Tarix: 27-09-2018 | Saat: 12:25
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

“Hazırlıqlarımız yüksək səviyyədə davam edir. Var gücümüzlə çalışırıq ki, olimpiadada özümüzü yaxşı tərəfdən göstərək”.

"Xeberaz.Az" xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə açıqlamasında gənclərdən ibarət milli komandanın üzvü Nurlan Səfərov Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunları barədə danışarkən deyib. 

60 kq çəkidə Avropa çempionu olan idmançı yarışadək daha yaxşı forma yığaraq, qızıl medal qazanmaq arzusunda olduğunu vurğulayıb: “Olimpiadaya lisenziyanı Avropa birinciliyində əldə etdim. İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində keçirilmiş çempionatda çox yaxşı formada idim. Düzdür, bu yarışın ardınca baş tutan dünya birinciliyində özümü yaxşı tərəfdən göstərə bilmədim. Buna çempionat ərəfəsində xəstələnməyim səbəb oldu. Amma bu dəfə hər şey plan üzrə gedir və yenə də çox yaxşı formadayam. Əsas məqsədim məşqlərimizin bəhrəsini görmək, Argentinadan medalla dönməkdir”.

Boksçu rəqibləri barədə də bir sıra məlumatlar topladıqlarını söyləyib: “Hazırlıqla yanaşı, rəqiblərimlə də maraqlanıram. Məşqçilərimlə birgə lazımı analizlər aparmışıq. ABŞ, Tailand, Misir, həmçinin Afrika qitəsindən olan idmançılar da yarışa iddialı gələcəklər. Lisenziya qazanan boksçuların hamısı güclüdür. Hər şey rinqdə bilinəcək. Hədəfim Avropa çempionatındakı kimi, olimpiadada da qızıl medal qazanmaqdır”.

Qeyd edək ki, Azərbaycan milli komandası III Yay Olimpiya Oyunlarında 17 idmançı ilə təmsil olunacaq. Yarış 6 - 18 oktyabrda təşkil olunacaq.



Xəbəri paylaş

4398 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___