Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda zorlanmadan son anda qurtarılan qadın danışdı — VİDEO
Tarix: 26-09-2018 | Saat: 17:47
Bölmə:Karusel / Hadisə / M2 / Xəbəraz TV | çapa göndər



Bakının Qala qəsəbəsində baş verən zorlama hadisəsinə görə sakinlər hadisəni törətməkdə şübhəli bilinən şəxs S.Quliyevin ailəsinə qarşı çıxıblar.

 "Xəbəraz.az "ın məlumatına görə, “Qafqazinfo”nun əməkdaşları qəsəbəyə gedərək zərərçəkmiş şəxs və hadisə şahidlərini dinləyiblər.

26 yaşlı Xatirə (ad şərtidir) sentyabrın 25-i, axşam saatlarında işdən evə gedərkən qonşusu S.Quliyev arxadan ona yaxınlaşaraq sakit durmasını deyib və ondan xoşu gəldiyini bildirib.

Daha sonra Xatirə ilə cinsi əlaqədə olmaq istəyərkən qadının müqaviməti ilə rastlaşıb. İki uşaq atası olan şübhəli şəxs Xatirəni vuraraq yerə yıxıb. Onu soyundurmağa başlayıb, bu zaman qonşu Ruslan səsi eşidərək küçəyə çıxıb və Xatirəni onun əlindən alıb.

Nəticədə, qızın sifətində bir neçə yerdən zərbənin izləri qalıb, dörd yaşlı qızı olan Xatirə polisə şikayət etsə də, S.Quliyev hələ də həbs olunmayıb. Məhz ailə və qəsəbə sakinləri də bundan narazıdır.


Hətta sakinlər tələblərində daha da irəli gedərək həmin kişinin anası, atası və arvadının da bu yaşayış sahəsindən çıxıb getmələrini istəyirlər.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, zorlamada ittiham olunan şəxs saxlanılıb.

Hazırda hadisə ilə bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.




Xəbəri paylaş

8338 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___