Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Moteldə gecələmək istəyən aparıcı rədd cavabı aldı: Get nikah kağızı gətir! - FOTO
Tarix: 24-09-2018 | Saat: 19:13
Bölmə:Karusel / Gündəm / Şou-Biznes / Müsahibə | çapa göndər


Telejurnalist Afət Rahilqızını motelə buraxmayıblar.

 "Xəbəraz.az " xəbər verir ki, ARB telekanalında yayımlanan "Çıxış yolu Afət Rahilqızı ilə" verilişinin komandası ilə birlikdə bölgələrdə ezamiyyətdə olan aparıcı gecələmək istədiyi yolüstü moteldən rədd cavabı alıb.

A.Rahilqızı başına gələnləri belə şərh edib: 


"Hər dəfə bölgələrə çəkilişlərə gedəndə otellərdə maraqlı əhvalatlarla qarşılaşırıq. Demək, iki operator, bir sürücü və mən 1 həftədir ki, bölgələrdəyik. Bu dəfə də çox yorğun olduğumuzdan hər dəfə qaldığımız oteldə deyil, yol kənarında fəaliyyət göstərən moteldə gecələmək istədik. Qapıda dayanan kişiyə, bizə 1 gecəlik 2 otaq lazım olduğunu söylədim. "Üç kişi və mənəm" demişdim ki, kişi qaşlarını düyünləyib, "gecə vaxtı qadın xeylağını buraxa bilmərəm, gedin nikah kağızı gətirin", deyib, bizi geri qaytardı. Və biz yola davam etdik".

Qeyd edək ki, Azərbaycan qanunlarına görə turistlər hotel və istirahət mərkəzlərinə yerləşəndə nikah kağızı təqdim etməyə borclu deyillər. 



Xəbəri paylaş

8798 dəfə oxunub.

Digər xəbərlər
22-09-2020, 13:31 Azərbaycan silkələndi

bütün xəbərlər
____ Instagram ___