Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Daha bir azərbaycanlı İsveçdə deputat seçildi
Tarix: 19-09-2018 | Saat: 17:19
Bölmə:Karusel / Siyasət / M2 / Təbriklər | çapa göndər


İsveç Sosial-Demokratlar Partiyasının fəalı İradə Əliyeva Söderberq Jönköpinq region parlamentinə millət vəkili seçilib.
Bu barədə məlumatı "Xəbəraz.az "diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib.
İradə Əliyeva 2004-cü ildən İsveçdə yaşayır. 2007-ci ildən İsveçın ən böyük partiyası olan Sosial- Demokratlar Partiyasının fəal üzvüdür. 2010-cu ildə seçkilərdə Jönköpinqs landsting (əyalət) parlamentinə namizədliyini verib və həmin əyalət parlamentinə seçilib. Bundan başqa 2010-2014-cü illərdə Jönköpinq bələdiyyəsinin Təhsil və İş Bazarı Komissiyasının üzvü, Sosial- Demokrat Qadınlar Cəmiyyətinin idarə heyətinin üzvüdür.
Məlumat üçün qeyd edək ki, Jönköpinq şəhərinin 145000 əhalisi var. Jönköpinq region, yəni əyalət 13 bələdiyyəni əhatə edir və 350000 əhalisi var. Jönköpinq region (əyalət) parlamentində 81 nəfər deputat var və İradə Əliyeva onlardan biridir. Builki seçkilərdə yenidən namizədliyini verib və Jönköpinq region (əyalət) parlamentinə deputat seçilib.
Hal-hazırda seçkilərdən sonra müxtəlif komissiya və idarə heyətlərinə üzvlərin seçilməsi prosesi davam edir və təxminən noyabr ayının axırlarında hansı komissiya və idarə heyətlərinə daxil olduğu bilənəcək. İradə Əliyevanın 2012-ci ildən öz sosial, hüquqi və iqtisadi məsələlər üzrə məsləhətçi (konsult) şirkəti var. 2013-cü ildən özü bir qadın cəmiyyəti yaradıb. Bu cəmiyyət müxtəlif millətlərdən olan qadınlar üzvdür. Cəmiyyətin məqsədi qadınların bir-birinə kömək etməsi, çətin vəziyyətlərdə dayaq olmasıdır.
P.S. O, əslən Ağdamın Mərzili kəndindəndir. İki övladı var: 20 yaşında qızı, 13 yaşında oğlu. Qızı da siyasətlə maraqlanır və builki seçkilərdə fəal iştirakçılardan biri olub. Azərbaycan Neft və Kimya İnstitunun mühəndis-iqtisad fakültəsini bitirib. Bakıda yaşadığı müddətdə müxtəlif vəzifələrdə çalışıb.


Xəbəri paylaş

6048 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___