“Hacı Mazan”a qarşı cinayət işi açıldı
Tarix: 13-09-2018 | Saat: 19:36
Bölmə:Karusel / Hadisə / M2 / Xəbəraz TV | çapa göndər
“Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalovun və adamlarının binasında yaşayan sakinin evinə hücum çəkməsi ilə bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanıb.
"Xəbəraz.az "BakuPost-a istinadən xəbər verir ki, istintaq faktı xuliqanlıq kimi qiymətləndirib və Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) ilə tövsif edib.
İstintaqın gedişində cinayət işinin CM-in 221-ci maddənin hansı bəndi üzrə araşdırılacağı məlum olacaq. Hadisənin bir qrup tərəfindən törədildiyini nəzərə alsaq, faktın CM-in 221.2-ci maddəsi ilə araşdırılacağı gözlənilir. Bu maddəyə görə təqsirləndirilən şəxs və ya şəxsləri iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.
Məsələ ilə bağlı Hacı Mazanla əlaqə saxlanılıb. O, suallara cavab verməyərək telefonunu söndürüb: “Mənə heç bir sual verməyin. Sizi eşitmirəm, Bakıda deyiləm, Naxçıvandayam...”.
Xatırladaq ki, “Hacı Mazan” və adamları Binəqədi rayonunda “İnam Bayram” MTK-nın inşa etdiyi binada Faiq Seyfullayevin mənzilinə hücum edərək, orda çəkiliş aparan Xəzər TV-nin əməkdaşlarına zor tətbiq edib, mənzil sahibini isə döyüblər. Nəticədə Faiq Seyfullayev ağır bədən xəsarətləri alıb.
Xəbəri paylaş
1 1318 dəfə oxunub.
Digər xəbərlər

21-07-2017, 11:46
"Dəhşətli gecə yaşadıq" - İradə İbrahimova
29-01-2018, 12:15
Barcelona qalib gəldi
8-03-2016, 13:17
Xoşqədəm və Doğuşdan romantik FOTOLAR
17-01-2022, 15:00
Gənclərin cinsi istəyi zəifləyib, ona görə evlənmirlər - Rəşid Mahmudov
16-03-2017, 11:31
Suxari yemək arıqladır, ya yox? – DİETOLOQ RƏYİ
14-01-2023, 12:47
Bakıda körpə ana südü qəbul edərkən boğulub öldü
25-05-2022, 12:37
Qubada sel körpünü uçurub: Bir neçə kəndlə əlaqə kəsildi - FOTO
16-09-2020, 15:06
Cəbhədə gərginlik: erməni hərbçi öldü – Təcili
6-11-2018, 15:44
Bakıda kameralara düşən görüntü: Kişi qonşusunun qapısına gecələr "qurd yağı" sürtür (VİDEO)
15-10-2015, 14:02
Nazir bütün polis rəislərini nazirliyə çağırtdırdı