Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Ağıllı şalvar” hazırlandı
Tarix: 13-09-2018 | Saat: 19:09
Bölmə:Karusel / İqtisadiyyat / Maraqlı / Foto-fakt | çapa göndər

“Ağıllı şalvar” hazırlandıMaraqlı


Bristol Universitetində çalışan britaniyalı alimlər qrupu “süni əzələ” həlli inteqrasiya edilmiş “ağıllı şalvar” üzərində işləyir.
"Xəbəraz.az " ICTnews-a istinadən xəbər verir ki, texnoloji yenilik əlillərə və yaşlı insanlara hərəkətlilik probleminin öhdəsindən gəlməyə kömək edəcək.
Yeni texnologiya hərəkət etməkdə çətinlik çəkən insanlara yerimə zamanı əlavə köməklik göstərəcək. Bundan başqa, alimlər bildiriblər ki, “ağıllı” şalvarlar əlillərə əlil arabasından ayağa qalxmağa və pilləkənlərlə yuxarı qalxmağa kömək edəcək. Bundan başqa, yeni texnologiya, həmçinin geyinmə prosedurunu asanlaşdıracaq.
“Telegraph” nəşrinin məlumatına görə, Böyük Britaniyada dayaq hərəkət sistemi pozğunluqlarından əziyyət çəkən təxminən 10 milyon insan və insultdan əziyyət çəkən 1,2 milyon insan yaşayır.
Mütəxəssislərin sözlərinə görə, ixtira, hətta yaşlı insanları əlil arabasının istifadəsindən imtina etməyə imkan verəcək. Ancaq layihənin müəlliflərinin fikrincə, bunun reallaşmasına ən azı 10 il vaxt lazımdır.


Xəbəri paylaş

6748 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___