Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Elə yığmağa başlamışdım, tutdular” – Narkotik becərən iş başında tutuldu - VİDEO - FOTO
Tarix: 13-09-2018 | Saat: 18:29
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər


Balakəndən gəlib Qaxda narkotik əkdi, ancaq arzusuna çatmadı, yaxalandı.
"Xəbəraz.az " ARB TV-yə istinadən xəbər verir ki, Qax RPŞ əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Balakən rayon sakini Bəhruz Layıcov saxlanılıb.
Ətrafında aparılan araşdırma nəticəsində Bəhruz Layıcov tərəfindən rayonun Güllük kəndinin meşə zolağında kultivasiya yolu ilə yetişdirilən 152 ədəd çətənə kolu və ümumi çəkisi 303 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. 54 yaşlı Bəhruz Layıcov narkotik istifadəçisi olduğunu və yetişdirdikdən sonra əldə edəcəyi gəlirlə ayağını əməliyyat etdirmək istədiyini söyləyib.
"Ayağım operasiya olunmalıdır. Özüm də çəkəniyəm. Elə yığmağa başlamışdım, tutdular. Yaşamağıma peşimanam", - deyə saxlanılan şəxs Bəhruz Layıcov bildirib. 
Faktla bağlı Qax RPŞ-nın İstintaq bölməsində araşdırma aparılır.


Xəbəri paylaş

6958 dəfə oxunub.

Digər xəbərlər
11-05-2017, 19:52 Dünyanı ağladan – FOTO

bütün xəbərlər
____ Instagram ___