Yer kürəsi buzlaşacaq- Şok proqnoz
Tarix: 12-07-2015 | Saat: 19:52
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər
Günəş alimləri bildiriblər ki, 2030-cu ildən “kiçik buzlaşma dövrü” gözlənilir.
Xeberaz.az AzadlıqRadiosuna istinadən xəbər verir ki, hazırda yeni texnologiyalar Günəş siklini daha dəqiq araşdrırmaq imkanı verir, bu araşdırmalar isə Günəşin “ürək döyüntüsündə” son 11 ildə “aritmiya” aşkar edib.
Günəş proqnozları verən yeni texnologiya göstərir ki, onun aktivliyi 2030-2040-cı illər arasında 60 faiz yavaşıyacaq, bu isə öz növbəsində “mini buzlaşma” şəraiti yaradacaq.
Bu əvvəllər də olub
Belə bir hadisə artıq 1645-1715-ci illərdə baş verib.
Yeni araşdırmanın nəticələrini Britaniyanın Landudno şəhərində keçirilən Milli Astronomiya konfransında professor Valentina Zharkova təqdim edib.
Günəşin siklində hər 10-12 ildən bir dəyişikliklərin baş verməsi elmə 1843-cü ildən məlum idi.
Astrofiziklər bunu Günəşin dərin qatlarındakı “dinamo-mühərrikin” axınları ilə izah edirlər.
Professor Zharkova-nın alimlər qrupu Günəşdə onun səthinə yaxın ikinci “dinamo-mühərrikin” olduğunu kəşf edib.
Alimlər həmçinin Günəşin şimal və cənub yarımkürələri arasında iki axının maqnit dalğalarını da aşkar ediblər.
Dəqiq proqnoz
Professor Zharkova bildirir ki, onlar Günəş daxilindəki iki maqnit dalğasını toplamaq və onu Günəş fəaliyyətinin son illərdəki göstəriciləri ilə tutuşdurmaqla 97 faiz dəqiqliyi olan proqnoz qura biliblər.
Maqnit dalğalarının davranışı göstərir ki, yaxın iki günəş sikli arasında daha az ləkələr müşahidə olunacaq.
Bu isə 2022-ci ildə pikə çatacaq 25-ci sikl və 2030-2040-cı illəri əhatə edən 26-cı sikl dövründə Günəşin “soyuması” baş verəcəyini göstərir.
Xəbəri paylaş
7368 dəfə oxunub.
Digər xəbərlər

10-12-2018, 17:08
Paytaxtın bu hissələrində 2 gün su olmayacaq
10-02-2023, 11:15
Bakıda 14 yaşlı qız dəm qazından boğulub ÖLDÜ
6-06-2016, 13:14
Türkiyənin ilk transseksual gözəli aparıcı olacaq – FOTOSESSİYA
14-04-2015, 23:41
İŞİD dini təhqir edəni belə cəzalandırdı - FOTO
26-03-2016, 16:50
Bakıda ölüm saçan “kamikadze” sürücü həbs olundu — VİDEO
18-09-2015, 00:03
Türk qadının hərəkəti hər kəsi şoka saldı
11-12-2017, 13:04
Sabah bu küçə və prospektlər bağlı olacaq – SİYAHI
25-09-2017, 09:58
Merkel yenidən Bundestaqda - Seçkilər başa çatdı
3-02-2019, 15:11
Bakıda çiskin olacaq, rayonlarda yağış və qar yağacaq
21-09-2015, 14:43
Ziyafət Əsgərova ağır itki üz verib