Azərbaycanda kütləvi zəhərlənmə: mağazalar bağlandı
Tarix: 07-09-2018 | Saat: 12:25
Bölmə:Karusel / Hadisə | çapa göndər
Şabran rayonunda hisə verilmiş balığı yeyən vətəndaşlar kütləvi şəkildə zəhərləniblər. Onlardan ikisinin vəziyyəti ağırdır.
Xeberaz.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinə baş vermiş kütləvi zəhərlənmə hadisəsi ilə bağlı məlumat daxil olub.
Agentliyin mütəxəssislərindən ibarət İşçi Qrup hadisənin araşdırılması və zəruri tədbirlərin görülməsi üçün Şabran rayonuna ezam olunublar.
Agentliyin direktor müavini Balarəhim Quliyev deyib ki, ilkin araşdırmalar zamanı zəhərlənmənin iki ayrı qrup arasında baş verdiyi məlum olub.
Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluq əməkdaşlarının apardıqları araşdırma zamanı hisə verilmiş balıq məhsullarının Əkrəm Gülməmmədova məxsus fərdi yaşayış sahəsində kustar üsulla hazırlandığı məlum olub. Elə buna görə də həm mağazanın, həm də balıq məhsulunun hazırlandığı sahənin fəaliyyəti dayandırılıb.
Zəhərlənmiş beş nəfər əvvəlcə Şabran rayonu xəstəxanasına yerləşdiriliblər. Daha sonra onların vəziyyətinin ciddiliyi nəzərə alınaraq, Klinik Tibbi Mərkəzə köçürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Xəbəri paylaş
8378 dəfə oxunub.
Digər xəbərlər

5-07-2015, 16:18
Erməni zabitlər Laçında Bax Belə Həlak oldu (VİDEO)
1-11-2016, 13:40
"İlhamə Quliyeva dedi ki, arvadını öldür"
26-11-2015, 15:31
« Göz yaşın isladır xoşbəxtliyimi »
8-07-2016, 17:29
Körpəni öldürən xəstəxana təzminat ödəyəcək - 550 min
7-02-2016, 18:24
İranın ən böyük avtomobil şirkəti Azərbaycanda zavod açmaq istəyir
27-01-2023, 14:17
DTX terror aktı ilə bağlı məlumat yaydı
21-04-2016, 21:41
Kraliça sosial şəbəkə redaktoru axtarır - 100 min manat maaş verəcək
13-03-2020, 19:06
Braziliya Prezidenti koronavirusa yoluxdu
22-11-2015, 15:40
BU gün türk müğənnisi ATİYENİN ad günüdür
9-09-2017, 16:06
“Maqa” həbsdən azad olundu