Azərbaycanda sevgililər qəbiristanlığı varmış - Bu da oldu
Tarix: 05-09-2018 | Saat: 15:02
Bölmə:Karusel / Hadisə / Maraqlı | çapa göndər
Azərbaycanın hər daşında gizli bir tarix yatır. İndiki dövrə qədər ölkəmizin regionlarında hələ tarixi məlum olmayan abidələrə, qəbir daşlarına rast gələ bilərik.Respublikamızın ecazkar bölgələrindən olan Qusar rayonu həm də tarixi abidələrlə, qəbir daşları ilə zəngindir.
Rayonda yerləşən tarixi abidələrin, qəbir daşlarının bəzilərinin tarixi dəqiq məlum deyil. Belə qədim abidələrdən biri də rayonun Həzrə kəndində yerləşən qədim qəbiristanlıqdır.
Bu qəbiristanlıq digər məzarlıqlardan çox fərqlənir. Belə ki, burada dəfn olunanlar yan-yana qazılmış qoşa məzarlarda basdırılıblar.
Kəndin ağsaqqalları bu qəbiristanlığın çox qədim olduğunu, dəqiq yaşının isə heç kimə məlum olmadığını vurğuladılar.
Məzarlıq haqqında öyrəndiyimiz ən maraqlı məlumat o oldu ki, burada sevgi ilə ailə qurub, ömrünün sonuna qədər ibadətlə məşğul olan ailələri dəfn ediblər. Qəbirlər iki formadadır. Birinin yuxarı hissəsi yastı şəkildə, digəri isə papaq formasındadır.
Kənd sakinlərinin danışdıqlarına görə, yastı qadın, papaq formasında olan isə kişi qəbri olmasını nişanə verir. Qadın və kişi yan-yana basdırılıb, onların yanında, demək olar ki, başqa şəxslərin basdırılması qadağan olunub. Təəssüflər olsun ki, qəbirlərin bir neçəsi yararsız hala düşüb.
Kənd sakini Məhbubə xanımdan öyrəndik ki, buradakı qəbirlərin üzərində təsbeh, namaz qılmaq üçün xalça, dəstəmaz almaq üçün su qabı da əks olunub: "Buradakı qəbir daşları başqalarından həm də uzunluğuna görə seçilir. Hər qəbir daşının uzunluğu, təxminən 2 metrdən çoxdur.
Yaşlı insanların dediklərinə görə, bu qəbirlərin yaşı 19-cu əsrə qədər gedib çıxır. Hər məzarın üzərində müxtəlif şəkillər çəkilib" — deyə həmsöhbətimiz vurğuladı.
Onu da qeyd edək ki, qədim tarixə malik olan Həzrə kəndində iki daha belə qədimi qəbiristanlığa rast gəlmək olar. Onların hər birinin özünəməxsus tarixi var.
Xəbəri paylaş
5268 dəfə oxunub.
Digər xəbərlər

7-03-2016, 11:20
Bakıda “Range Rover” qəza törətdi: Ölənlər var
21-09-2015, 02:01
Son illər döymə etdirən qadınların sayı sürətlə artır - FOTO
28-05-2016, 17:58
Gənc xanımlara vizajist məsləhəti - Kosmetika
19-06-2015, 15:12
Erməniyə uduzan Həsən Əliyevdən sərt sözlər
28-04-2017, 20:15
Azərbaycanda tikinti sektoru ilə bağlı VACİB YENİLİKLƏR
8-10-2018, 16:14
Əli Mirəliyevin xəstəxanalıq olma xəbəri yalan imiş
6-02-2016, 12:48
Bakı sakini özünü yandırdı
9-06-2022, 11:04
Şəmkirdə dönərdən 10 nəfər zəhərlənib - İkisi uşaqdır - YENİLƏNİB
29-04-2017, 17:56
Qırğızıstanda matəm elan edilib