“Müəllimə gül əvəzinə kitab alaq...”
Tarix: 03-09-2018 | Saat: 11:54
Bölmə:Karusel / Təhsil / M2 | çapa göndər
"Yeni dərs ilinin başlamasına az qalır, həmin günün ayrılmaz simvolu gül buketləridir. Bir sinifdə orta hesabla 20 şagird olsa, təvazökar hesabla 300 AzN gül buketlərinə veriləcək və o buketlər yarım saat içində rutinləşib ertəsi gün istifadəsiz olacaq".
Xeberaz.az xəbər verir ki, bunu fizik Yalçın İslamzadə sosial şəbəkədə yazıb. O bildirib ki, bu hesabla gün ərzində onminlərlə manat vəsait müvəqqəti simvolizm üçün xərclənəcək.
"Buket əvəzinə hər valideyin kitab alsa, o kitablar məktəbin kitabxanasında qalacaq, yüzlərlə şagird illərlə onlardan faydalanacaqlar. Gül əvəzinə kitab almaqdan utanmaq lazım deyil, indiki dövrdə şagirdlər, onlardan da çox müəllimlər mütaliə etməlidirlər. Bir kitab bir buketdən daha ucuzdur, simvolik yox bilgi dəyərinə sahibdir, illərlə faydalı olacaq.
Dərs başlayandan üç gün sonra güllərdən iz qalmaz ancaq bir məktəbin kitabxanasında Filsof uşaq, Biləndər uşaq, Uşaqlarla fəlsəfə, Homo sapiens, Homo deus, Qağayı, Zamanın daha qısa tarixi, Mənim gözümdən dünya, Uşaqlar üçün təkamül, Mentosori təlimi, məntiq və riyaziyyat sualları olan Uçmaca seriyası, müxtəlif ensiklopediyalar, uşaq psixologiyasına, etiket qaydalarına, uşaq ədəbiyyatına, təhsilə, elmə dair, tanınmış insanların həyatları haqqında və adı çəkilməyən daha bir çox kitab şagirdlərin dünyagörüşlərini artırmağa davam edəcək. Həmçinin nəşriyyatlara da motivasiya olacaq".
Xəbəri paylaş
9578 dəfə oxunub.
Digər xəbərlər

3-02-2016, 19:25
Məşhur aparıcının makiyajsız halı - FOTO
28-05-2016, 15:34
Terrorçular neft kəmərinə hücum etdi
18-07-2016, 11:20
Prezident İlham Əliyev Olimpiya Oyunlarında iştirak edəcək idmançıların yolasalma mərasimində iştirak edib
12-05-2016, 15:50
Ermənilərdən cəbhədə təxribat: Əsgərimiz yaralandı
24-02-2016, 16:21
Bəşər Əsəd Rusiya lideri Vladimir Putin ilə telefonda nə haqqda danışdı
17-01-2016, 16:38
Azərbaycanda yol qırğını: 5 ölü, 19 yaralı
13-11-2022, 12:43
Sabahın hava proqnozu - yağış yağacaq